beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məzyədilər

Məzyədilər, Şeybanilər, Yəzidilər – Şirvanşahlar sülaləsi (861-1027). Şirvanşahların sülalə bölgüsü barədə müxtəlif mülahizələr mövcuddur, son tədqiqatlara görə Məzyədilər ayrıca sülalə olmayıb, vahid Şirvanşahlar xanədanının ilk mərhələsini təşkil etmişlər.

Tarixşünaslıqda uzun müddət Şirvanşahların “birinci dövr” xanədanı kimi bəhs edilən Məzyədilər rəbiə ərəb tayfasının şeybanilər qoluna mənsub olduqları göstərilir.
Üzvləri
Ərməniyyə hakimləri
Yezid ibn Məzyəd (ö. 801)
Xalid ibn Yezid (ö. 844)
Əli ibn Xalid - atası ilə eyni vaxtda öldü.
Məhəmməd ibn Xalid
I Heysam - Şirvanşahları qurdu.
I Yezid - Layzanşahları qurdu.
Şirvanşahlar
I Heysam
I Məhəmməd
II Heysam
I Əli
Şahzadə Abbas - edam edildi.
Əbu Bəkr ibn Abbas - qaçdı.
Layzanşahlar
I Yezid
I Məhəmməd
II Yezid - I Əlini məğlub edərək Şirvanşah oldu.
II Məhəmməd - Layzan hakimi
I Əhməd - Layzan hakimi
III Məhəmməd
III Yezid - Məzyədilər dövrünün son şahı. Ondan sonra Kəsranilər dövrü başlamışdır.
I Heysəm - Tabasaranşahları qurdu, Ləzgi ölkəsinə qaçmışdı
Əbül Bədr ibn Yəzid - 956cı ildə öldü.
Əhməd ibn Yezid - Dərbənd hakimi, II Məhəmməd tərəfindən edam edilmişdir.
Əbul Heysəm ibn Əhməd - Bərdəyə qaçmışdı.


Tarix: 11.02.2015 / 18:56 Müəllif: Feriska Baxılıb: 117 Bölmə: Şirvanşahlar dövləti