beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbubəkr mirzə Dərbəndi

Əbubəkr Mirzə — şahzadə, Şirvan taxtına son iddiaçı.

Uşaqlığı
Bürhan Əlinin oğlu idi. Qardaşı Xələf mirzə Dərbəndi ilə Dağıstana aparılmışdı. Atasının yerini almağa hazır olmadığından, 20 il boyunca Dağıstanda yaşamışdı. Qardaşı kiçik yaşda vəfat etmişdir. 1570-ci ildə Krıma gedərək Krım xanı I Dövlət Gərayın qızı ilə evlənmişdir. Və orada yaşamışdır.

Taxta iddiası
1578-ci ildə III Muradın ordusu ilə Şirvana daxil olmuşdu. Və bir neçə il hökmdarlıq etmişdir. Onun adı daha sonra 1583-cü ildə Osman paşa başçılığındakı osmanlılara xəyanət edib İmamqulu xanın başçılığındakı Səfəvilərin tərəfinə keçərkən çəkilir. Əbubəkrin sonrakı taleyi məlum deyil. 1602-ci ildə vəfat etmişdir.

Ailəsi
Bürhan Əli adlı bir oğlu olmuşdur.


Tarix: 11.02.2015 / 18:17 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Şirvanşahlar dövləti