beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəzənfər Dərbəndi

Qəzənfər Dərbəndi — Şirvanşah şahzadəsi, I İbrahimin üçüncü oğlu və Bakı valisi.

Həyatı
1398-ci ildə doğulmuşdur. Çalağan döyüşündə həbs olunduqdan sonra Şirvana qaytarılmışdır. I Xəlilullahın hakimiyyəti dövründə Bakı valisi olmuş, onun Qaraqoyunlularla müharibəsi dövründə isə Şirvanı onun adından idarə etmişdir. Bədrəddin Şirvaninin məlumatına görə o, Bakıda 1428-ci ildə bir bürc və çeşmə, 1431-ci ildə başqa bir bürc və 1438-ci ildə hamam tikdirmişdi. Həmin bürclərdən biri, ehtimal ki, indiki Elmlər Akademiyası Rəyasət Heyətinin binasına bitişən bürcdür. Digər bürc isə dövrümüzədək qalmamışdır


Tarix: 11.02.2015 / 18:16 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Şirvanşahlar dövləti