beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəlaləddin Sultanşah

Cəlaləddin Sultanşah — I Güştaspın kiçik oğlu.

Həyatı
Nə vaxt anadan olduğu bilinmir. III Fəribürzdən kiçik idi. 1222-ci ildə atası tərəfindən Gürcüstana yollanmışdı. Çar IV Georgi ilə bağlanmış müqaviləyə əsasən Cəlaləddin Rusudan ilə evlənəcəkdi. O burada xristian olmuş və xristian adətləri ilə böyüməyə başlamışdı. 1226-cı ildə Cəlaləddin Mənguberdinin Tiflisi tutmasından sonra azad olundu və sünnət edilərək müsəlman oldu. Bu hadisə mənbələrdə belə təsvir olunur: Sultan gürcülərin ölkəsini tutanda yetimi əsarət məngənəsindən azad etdi... Şirvanşahın oğluna gəlincə, o, sanki gözəl bir halə arasındakı parlaq mirvari dənəsi idi. Sultan ona ən yüksək səviyyədə tərbiyə verdi, hökmdar övladı kimi sünnət etdirdi. Sonra onu atasından qalan mirasın bir hissəsinin – Güştəsfinin (indiki Beyləqan və Cəlilabad) hakimi təyin etdi... Mənbələrdə onun haqqında başqa məlumat yoxdur.


Tarix: 11.02.2015 / 18:14 Müəllif: Feriska Baxılıb: 103 Bölmə: Şirvanşahlar dövləti