beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qozlu, xaş-xaşlı və kuraqalı tort

Hər qatın öz ləzzəti var

Tərkibi:
Qoz ləpəsi olan korj üçün:
1 ədəd yumurta
0,5 stəkan (80 qram) şəkər tozu
115-120 qram xama (yağlılığı 25%)
0,5 ç.q. soda
0,75-1 stəkan (70-100 qram) un
1 x.q. nişasta
0,75 stəkan qoz ləpəsi

Xaş-xaşlı korj üçün:
1 ədəd yumurta
0,5 stəkan (80 qram) şəkər tozu
115-120 qram xama (yağlılığı 25%)
0,5 ç.q. soda
0,75-1 stəkan (70-100qram) un
1 x.q. nişasta
0,5 stəkan xaş-xaş

Kuraqalı olan korj üçün:
1 ədəd yumurta
0,5 stəkan (80qram) şəkər tozu
115-120 qram xama
0,5 ç.q. soda
0,75-1 stəkan (70-100 qram) un
1 x.q. nişasta
0,5 stəkan kuraqa (qaysı qurusu)

Krem üçün:
100-150 qram kərə yağı
0,5 banka (200 qram) qatılaşdırılmış süd

Tortu bəzəmək üçün:
şokolad
qoz ləpəsi


Hazırlanma qaydası:
Tort üçün müxtəlif ədavalarla olan 3 korj bişirmək lazımdır.
Qoz ləpəsini xırdalayın. Qaysı qurusunu yuyub, üzərindən qaynar su töküb 15-20 dəqiqə ərzində kənara çəkin. Sonra qaysı qurusunun suyunu süzüb, qurudub, xırda kub formasında doğrayın.
Xaş-xaşı ilıq su ilə yuyub, üzərinə təmiz su töküb, sobada vam odda 20-30 dəqiqə ərzində qaynayana qədər bişirin. Sonra narın süzgəcdən keçirib, 2-3 qatlı cunaya yerləşdirib, yaxşıca sıxın.
Xəmiri hazırlamağa başlayın.
Qoz ləpəsi olan korju hazırlamaq üçün: boşqabda yumurtanı sındırıb, üzərinə şəkər tozu əlavə edib, yaxşıca çalın. Sonra üzərinə xama və soda əlavə edib, qarışdırın. (5 dəqiqə ərzində kənara çəkib, saxlayın).
Un və nişastanı ələkdən keçirib, hazırladığınız kütlənin içinə əlavə edərək, qarışdırın. Sonra xəmirin üzərinə xırda doğranılmış qoz ləpəsini əlavə edib, qarışdırın. Xəmir qatı xama kimi olmalıdır.
Bişirmək üçün xüsusi forma qabını yağlayıb, xəmiri tökün. 170-180 dərəcə qızdırılmış sobada 18-20 dəqiqə ərzində xəmiri bişirin.
Eyni üsulla xaş-xaşlı korju da hazırlayın, korja qoz ləpəsinin əvəzinə əvvəlcədən hazırladığınız xaş-xaşı əlavə edin. Həmçinin bu korju da 170-180 dərəcə qızdırılmış sobada 18-20 dəqiqə ərzində bişirin.
Sonuncu korja qaysı qurusu əlavə edib, bişirin.
Hər 3 korju soyumaq üçün kənara çəkin.
Krem hazırlamaq üçün:
Yumuşaldılmış kərə yağın üzərinə qatılaşdırılmış südü əlavə edib, mikserdə çalın.
(İstəsəniz qatılaşdırılmış südlü kremin əvəzinə xamalı krem istifadə edin. Xamanı şəkər tozu ilə çalıb, xamalı krem hazırlayın).
Soyumuş korjlara krem sürtüb, üst-üstə qoyun. Tortun üstünə və kənarlarına krem sürtüb, xırda doğranılmış qoz ləpəsi və sürtkəcdən keçirilmiş şokoladla bəzəyin. Hazırladığınız tortu bir neçə saata soyuducuya yerləşdirin.
Nuş olsun!


Tarix: 18.12.2012 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 484 Bölmə: Şirniyyatlar