beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şabalıdın faydalari

Şabalıd sağlamlıq üçün çox xeyirlidir! Dərman və süni gübrə istifadə edilmədən tamamilə təbii şərtlər altında yetişən şabalıdın tərkibində qida elementləri və vitamin zənginliyi vardır.
Damar genişlənməsində və yüksək təzyiqdən şikayət edənlərlə şəkər xəstələrinin yeməməsi lazım olan şabalıdın bəzi faydaları isə belədir: "Şabalıd qabıqlarının suda qaynadılmasıyla hazırlanan dərman; tempuratoru salır və əsəbləri sakitləşdirir.
Meyvəsi, əzələləri qüvvətləndirir, qan dövranını nizamlayır. Bədəni və zehini yorğunluğu aradan qaldırır. Babasilin meydana gəlməsinin qarşısını alır. Qansızlığını aradan qaldırır.

Şabalıdın qabığını soymaq üçün aşağıdaki 2 üsuldan birini istifadə edin.

1. Üsul 1: Şabalıdın yastı tərəfində iti bıçaqla X çərtin Diqqətli olun, şabalıdın özünü zədələməyin. Bıçaq sadəcə şabalıdın qabığından keçməlidir.

Üsul 2: Azərbaycanda daha çox istidafə olunan üsuldur. Şabalıdın “papağ”ı bıçaqla kəsilir.

1. Şabalıdları təxminən 10 dəqiqə ərzində suyla doldurulmuş qazanda qaynadın. Şabalıdın qabığının nə qədər qalın və sərt olmasından asılı olaraq, qabığın yumuşalması 10 dəqiqədən az və ya çox çəkə bilər. Qazanı kənara çəkin. Şabalıdlar isti suda qalmalıdır.

2. Şabalıdları bir-bir isti sudan çıxardıb bıçaqla əvvəlcə qalın, bunun ardından isə incə qabığını soyun.

3. Təmizlənmiş şabalıd soyuducuda ağzı kip torbada iki aya qədər, dondurucuda isə bir ilə qədər saxlanıla bilər!


Tarix: 10.12.2014 / 17:13 Müəllif: Aziza Baxılıb: 118 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər