beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara sarımsağın faydaları

Elə bir sarımsaq düşünün ki, yedikdən sonra nəfəsinizdən pis qoxu gəlməsin, dişləyəndə ağzınız acı olmasın. Bütün bu xüsusiyyətlər qara sarımsaqda var. Qara sarımsaq adi sarımsağın yüksək istilik və çox nəmişlik olması şərti ilə fermentləşdirilməsindən əldə edilir.

Qara sarımsaq Yaponiya, Avstraliya, Amerika və Avropa ölkələrinin mətbəxlərində çox məşhurdur. Onu bu qədər məşhur edən şey isə dadının şirin, qoxusuz və 10 qat daha təsirli olmasıdır. Qara sarımsaq 100% təbii bir məhsuldur.

Öz mürəkkəb strukturu sayəsində faydalı maddələrlə zəngin olan ən əhəmiyyətli məhsuldur. Orqanizmin immun sistemini stimullaşdırır.

Soyuqdəymə xəstəliklərində orqanizm tərəfindən yaxşı qəbul edilir, damarların aterosklerozunu aradan qaldırmağa, qan təzyiqini sabitləşdirməyə, cavanlığın enerjisini saxlamağa kömək edir. Ürəyin və damarların işini stimullaşdırır. Hipotenzivə malikdir, immun müdafiəni yüksəldir, cavanlaşdıran effektə səbəb olaraq artmada və hüceyrələrin bölünməsində əlverişli təsirə malikdir. Yemək zamanı gündə 1-2 diş qara sarımsaq qəbul etmək faydalıdır.

* Qara sarımsaq adi sarımsaqdan iki dəfə artıq antioksidləşdirici təsirə malikdir.

* Antioksidləşdiricilər orqanizmi xəstəliklərdən müdafiə edir və qocalma prosesini yavaşıdır.

* Qan təzyiqinə müsbət təsir edir, arteriyaların kirəclənməsini yavaşladır, yaraların sağalmasını sürətləndirir.

* Qara sarımsaqdakı təsirli maddələr soyuqdəymənin qarşısını alır.

— Xərçəng xəstəliyinin yaranmasının qarşısını alır.

* Tez həzm olunur.
* Təbii antibiotik xüsusiyyətini qoruyaraq, fruktoza miqdarını 7 qat yüksəldər.
* Damar sərtliyinə yaxşı təsir göstərir.
* Ürəyi qoruyur.
* Bədənin immunitet sistemini gücləndirir.

Yeməklərdə, ət və balıqlarda, xüsusilə də pəhriz menyularında olduqca faydalıdır. Unikal dadı və müalicəvi xüsusiyyətləri sayəsində dünyanın aparıcı aşpazları tərəfindən istifadə edilir.


Tarix: 10.12.2014 / 17:27 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər