beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Brokolinin faydaları

C və A vitamini, folik turşusu, kalsium və lif tərkiblidir. Haradasa bir stəkan südə bərabər kalsium tərkibli olan brokoli süd məhsulları içməyənlərə üçün əhəmiyyətli bir qidadır. Vacib olan antioksidant qaynağıdır. Ürək xəstəlikləri və xərçəng kimi əhəmiyyətli xəstəliklərə qarşı təsirlidir.

Tərkibindəki kalium sayəsində sinir sisteminə müsbət təsirə göstərir. Eyni zamanda, beyin funksiyaları və əzələ sistemi üzərində də əhəmiyyətli təsirə malikdir. Brokolini tərkibindəki kalium, kalsium və maqnezium qan təzyiqini tənzimləməyə dəstək olur.

C vitamini soyuqdəyməni yüngülləşdirən təsirə malik olduğuna görə brokolini soyuqdəymə zamanı istifadə etməniz faydalıdır. Osteoporozun (sümük əriməsi) qarşısının alınması və sümük sağlamlığı üçün brokoli əhəmiyyətli bir mənbədir. Həm kalsium, həm də K vitamininin təsiriylə sümüklərin güclənməsini təmin edir. Brokoli beta karoten baxımından zəngindir və bu da immunitet sistemində əhəmiyyətli təsirə malikdir. Sink, selenium kimi minerallar immunitet sistemini gücləndirməyə kömək edir.

Mədə xərçəngindən sinə xərçənginə qədər bir çox sahədə sizi kömək edir. Brokolini buxarda bişirsəniz, xolesterol salıcı təsirindən faydalana bilərsiniz. Bədəninizdə D vitamini çatışmazlığı varsa, brokoli bu problemi həll etməyə dəstək olacaq. Kalorisi olduqca aşağı olan brokolini pəhriz saxlayanlar rahatlıqla istifadə edə bilərlər. Qaynadılmış və ya buxarda bişirilərək yediyiniz brokolini doyana qədər yeyə bilərsiniz.

Göz sağlamlığınız üçün də brokoli istifadə edin. Brokoli ürək xəstəliklərinə qarşı sizi qorumaq üçün mübarizə aparar. B6 və folik turşusu ilə infarkt riskini azaldır. Brokoli lif baxımından zəngin bir qidadır, qəbizlik və digər həzm sistemi problemlərinin öhdəsindən gəlməkdə faydalıdır.


Tarix: 10.12.2014 / 17:22 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər