beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xurmanın faydaları

Xurmanın vətəni Çindir. XIX əsrin axırlarından bu meyvə bütün dünyada tanınır. Xurma ən xeyirli meyvələrdən biri sayılır.

Xurmanın bütün növləri kalium, maqnezium, dəmir, fosfor, yod kimi mikroelementlər, A, C,P vitaminlərlə, glükoza və saxaroza ilə zəngindir. Bundan əlavə xurmada karbohidratlar, zülallar, qida lifləri, üzvi turşular, antioksidantlar var.

Antioksidantları xüsusən vurğulamaq lazımdır. Antioksidantlar hava, su, qida ilə birlikdə orqanizmimizə düşən şlakları, toksinləri və s. zərərli maddələri orqanizmdən çıxartmağa kömək edir. Xurma müəyyən bakterisid (bakteriyaları öldürən) xüsusiyyətlərinə malikdir.

Xurmanın tərkibində olan pektin maddəsi həzm proseslərini yaxşılaşdırır. Məhz bu səbəbdən mədə-bağırsaq xəstəlikləri zamanı təbii «dərman» kimi istifadə oluna bilər.

Dəmirlə zəngin olan xurma qanazlığı zamanı kömək edir.

Xurma ürək əzələsini qidalandırır, böyrəklər və qalxanvari vəzinin fəaliyyəti üçün xeyirlidir, insanın zehni fəaliyyətini stimullaşdırır, iş qabiliyyətini artırır.

Xurma ağ ciyərləri və bronxları təmizləyir. Bu xüsusən siqaret çəkən insanlar üçün çox vacibdir.

Xurma sidikqovucu effektə malikdir, orqanizmdə natrium duzları çıxartmağa kömək edir, təzyiqi normallaşdırır.

Bundan əlavə bu meyvə kosmetologiyada uğurla istifadə olunur. Sizə tərkibində xurma olan bir neçə maska resepti təqdim edirik.

— Xurmanın ətini əzib üzünüzə maska şəklində vurun. Bu sadə maska dərininizi daha cavan və parlaq edəcək.

— Üz dərisində olan məsamələri kiçildmək üçün 1 xurmanın ətini 1 yumurta sarısı ilə qarışdırıb 10-15 dəqiqə ərzində üzünüzdə saxlayın və sonra ilıq su ilə yuyun.

— Skrab resepti: 1 dənə xurma + 1 x.q. düyü unu.

— Qidalandırıcı maska: 1 dənə xurma + 1 ç.q. bal + 1 ç.q. kərə yağı + bir neçə damcı limon şirəsi.


Tarix: 10.12.2014 / 17:16 Müəllif: Aziza Baxılıb: 117 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər