beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kivi...

Kivi çox “cavan” giləmeyvədir. Bizə Yeni Zelandiyadan “gələn” kivi XIX əsrdən tanınır.

Bu möcüzəli giləmeyvə müxtəlif vitamin və mikroelementlərlə olduqca zəngindir. Mütəxəssislərin fikirlərinə görə məhz kivi C vitaminin miqdarına görə bütün sitrus meyvələri arasında birinci yer tutur. Bundan əlavə kividə B2, B3, B9 (fol turşusu), B6, A, E, PP vitaminləri, maqnezium, kalium, dəmir, fosfor, yod, mis, sink və s. mikroelementlər var.

Zəngin vitamin-mineral tərkibi ilə yanaşı, kivi azkalorili giləmeyvədir. Bu səbəbdən kivi diyetik qidalar sırasına daxildir. Öz çəkisindən narazı olan və ya çəkisini azaldmağa çalışan insanlar fikirləşmədən bu meyvəni qəbul edə bilərlər. Kivi orqanizmdə olan piyləri əridir.

Kivi insanın immun sitemini möhkəmləndirir, orqanizmin müdafiə və bərpa funksiyalarını gücləndirir, orqanizmin streslərə qarşı davamiyyətini yüksəldir. Həkimlərin fikirlərinə görə, kivi onkoloji xəstəliklərinin profilaktikasında böyük rol oynayır.

Kivi ürək-damar sistemi üçün çox faydalıdır. Tərkibində kalium və maqnezium mikroelementlərinin olduğuna görə kivi arterial təzyigini normallaşdırır. Bundan əlavə bu giləmeyvə damarların və kapilyarların divarlarını möhkəmləndirir və damarlarda trombların əmələ gəlməsinə mane olur, orqanizmi ziyanlı xolesterindən azad edir.

Əgər siz qida qəbul etdikdən sonra mədənizdə ağırlıq, qıcqırmanı hiss edirsizsə, kividən istifadə edin. Kivi orqanizm tərəfindən ət xörəklərin mənimsənilməsinə çox yaxşı kömək edir. Bu səbəbdən xarici mətbəxlərdə kivi ət və balıq xörəklərin hazırlanmasında daim istifadə olunur.

Orqanizmi artıq duzlardan azad edə bilən kivi böyrəklərdə daşların əmələ gəlməsinə mane olur və böyrək daşı xəstəliyinin ən yaxşı profilaktik vasitələrdən biri sayılır.

Kivi müxtəlif kosmetoloji maskaların tərkibinə daxildir. Belə maskaların istifadəsindən sonra dəri daha yumşaq, parlaq və hamar görünür, cavanlaşır və dartılır.

Bütün bu gözəl xüsusiyyətlərinə baxmayaraq kivi güclü allergik reaksiyalara səbəb ola bilən giləmeyvədir. Bu səbəbdən allergik xəstəlikləri olan insanlar və 5 yaşına qədər olan uşaqlar bu meyvəni qəbul etməməlidir.

Kivi ilə kosmetik maskalar

- 1 dənə kivi təmizlənir və blenderdə əzilir. 1 xörək qaşıq yulaf yarması və 1 çay qaşığı bal əlavə olunur. Maska yaxşı qarışdırılır və təmiz üz dərisinə 15 dəq. çəkilir.

- 1 dənə kivi təmizlənir və blenderdə əzilir. 1 xörək qaşığı xama və ½ çay qaşığı ərik yağı əlavə olunur. Maska təmiz dəriyə çəkilir və 20 dəq. sonra ilıq su ilə yuyulur.

1 dənə kivi və ½ banan çəngəllə əzilir, 1 xörək qaşığı kəsmik və 1 xörək qaşığı zeytun yağı əlavə olunur. Maska 20 dəq. sonra ilıq su ilə yuyulur.


Tarix: 10.12.2014 / 17:01 Müəllif: Aziza Baxılıb: 213 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər