beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəfaverici bitkilər..

Hər insan səhhətində müxtəlif problemlərlə rastlaşır. Yaranan problemlərdən bəzilərinin həllini təbii yollarla da tapmaq mümkündür.

Tut
tutTutun yarpağını yağış suyu ilə qaynadıb saçı yumaq saça şəffaflıq gətirir, təmizləyir və ağarmasının qarşısını alır. Tut qurusunun kompotu infarktın dərmanıdır. Qanı az olanların tut qurusunu çox yeməkləri məsləhətdir.
Körpə tut yarpağının iştaha gətirmə xüsusiyyəti var. Bunun üçün onu bişirdikdən sonra bir qədər yağda qovurub duzsuz, gündə bir dəfə (2 ay fasiləsiz) yemək lazımdır. Bu həmçinin dişin dibinin qanamasının, dişlərin çürüməsinin qarşısını alır.
Tutun meyvəsini hər səhər ac qarına yemək qanın tərkibini çox gözəl təmizləyir.
Tut yarpağını qaynadıb başı yumaq və ayaqları vanna etmək orqanizmdə qan dövranının tənzimlənməsini təmin edir.


Qanqal
Təzə yetişmiş qanqalı soyub yemək çürümə gedən dişlərin sağlamlaşmasına kömək edir, gözün görmə qabiliyyətini artırır.


Kəklikotu
keklikotu
Kəklikotu qaynadılmış suda çimmək orqanizmdə gedən duzlaşmanın və tərləmənin qarşısını alır. Hədsiz başağrısı olarsa, kəklikotunu qaynadıb başı yumaq lazımdır.
Qriplə əlaqədar burundan, gözdən su gələrsə, öskürək olarsa kəklikotunu qaynadıb buxarını 45 dəqiqə qəbul etmək lazımdır. Dörd gün ard-arda bunu etməklə yüksək nəticə əldə etmək olar.




Zeytunzeytun
Ağızda göbələk xəstəliyi varsa, zeytun meyvəsinin körpəsini zəylə əzib gündə 4-5 dəfə yaraya çəkib, on dəqiqə saxlamaq lazımdır. Zeytunun meyvələri tam yetişərsə, tumlarını qırıb (on dənə) ləpəsini əzərək ac qarına bir çay qaşığı yemək içkini atmağa kömək edir.



Tərxun
terxun
Tərxunu yarpızla birlikdə qaynadıb saçı yumaq saça həm parlaqlıq bəxş edir, həm uzadır, həm də onun tökülməsinin qarşısını alır. Tərxunu qaynadıb üzü yumaq üz qırışığını açır. Tərxunun suyunu içmək tərləmənin qarşısını alır, susuzluğu azaldır.
Uzaq yola dözməyib benzin iyindən ürəyi bulananlar özləri ilə tərxun götürüb yolda iyləməklə bunun qarşısını ala bilərlər.




Gicitkən
Gicitkən qaynadıb, baş yumaq saç tökülməsinin qarşısını alır. Yaxud ayaqları 10-15 dəqiqə gicitkən qaynadılan suda saxlamaq dırnaqların sağlamlaşmasına, gecə rahat yatmağa kömək edir.


Tarix: 10.12.2014 / 16:58 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər