beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Boris

İlk dövrləri
852-ci ildə I Presian xanın yeganə oğlu olaraq taxta çıxmış, Franklara qarşı Moraviya knyazı I Rastislavla birgə hücuma keçmiş lakin dəhşətli şəkildə məğlub olmuşdur. 855-ci ildə imperator III Mixailə qarşı məğlubiyyət və xorvatların üsyanı xanı çətin vəziyyətdə qoymuşdu.

Serbiya
Knyaz Vlastimirin ölümündən sonra oğulları Mutimir,Stroyimir və Qoynik arasında müharibə başlamışdı. Serbiya knyazlığındakı ara müharibələrindən istifadə edən Boris oğlu Vladimir-Rasate başçılığında ordu göndərsə də qələbəyə nail ola bilmədi. Vladimir və 12 boyar əsir düşdü. Boris sülh bağlamağa məcbur oldu və Mutimirə 2 qul, 2 şahin, 2 it, və 80 kürk verdi. Mutimir bundan əlavə 2 qardaşını da Borisin sarayına göndərdi, qardaşı oğlu Petarı isə saxladı.

Xristian olması
Xan diplomatik səbəblər və qonşularına qarşı effektiv mübarizə üçün xristian olmağa qərar verdi. Boris II Lüdovik Alman ilə sözləşib katolik olmağa qərar verdi. Lakin 863-cü ildə III Mixailin işğalına qarşı mübarizə aparmaq üçün pravoslav olmağı qəbul etdi. 864-cü ildə Boris Pliskada, ailəsi və yaxın əyanlar ilə gizli şəkildə xristian oldu.

Bolqarıstan Pravoslav Kilsəsinin qurulması
Əsas məqalə: Bolqarıstan Pravoslav Kilsəsi
Boris daha sonra xalqını da xristianlaşdırmaq qərarına gəldi və Bizansdan keşişlər istədi. Eyni zamanda 866-cı ilin avqustu kovxan Pyotr ilə Papa I Nikolaya xristianlıqla əlaqəli 106 sual göndərdi. Boris katolik kilsəsinə yaxın hiss etdiyi və Bizans təsirindən qurtulmaq üçün bu yolu tutmuşdu. Borisin Papa I Nikolay və Papa II Adriana göndərdiyi arxiyepiskop tələbləri qəbul olunmadı və Boris birdəfəlik pravoslavlıq yolunu seçdi. Boris bununla xanın səlahiyyətini genişləndirmiş olurdu.

Mədəniyyətə təsiri
866-cı ildə Kiril və Metodiusun tələbələri olan Ohridli Klement və Preslavlı Naumu paytaxta dəvət edərək məktəblər açdırdı. Yunan əlifbası qlaqolitik əlifba ilə əvəzləndi. Yunan dili sıxışdırılmağa başladı. Qədim Kilsə Slavyancası rəsmi dil elan olundu. Bununla da bulqarların slavyanlaşdırılması prosesi bitdi.

Xristianlaşmağa reaksiya
Bir çox bulqar xristian olmağa etiraz etdi. 865-ci ildə Tenqriçi boyarlar üsyana başlamışdılar. Boris üsyanı amansızcasına yatırdı və 52 boyarı ailələri ilə birlikdə edama məhkum etdi.

Son dövrləri
889-cu ildə Boris taxt-tacdan əl çəkərək keşiş oldu. Lakin oğlu Vladimir-Rasate yenidən Tenqriçi ənənələri geri gətirməyə başladığına görə 893-cü ildə qayıdaraq Vladimiri kor etdi, həyat yoldaşını isə monastıra göndərdi. Öz davamçısı olaraq I Simeonu təyin etdi. 895-ci ildə yenə ortaya çıxaraq Simeona Macarlara qarşı mübarizədə kömək etdi. Boris 907-ci ildə vəfat etdi.

Toponimlər
Antarktikanın Livinqston adasında, Müqəddəs Boris zirvəsi onun şərəfinə adlanmışdır.

Media
1985-ci ildə haqqında çəkilən "I Boris" filmdə knyaz rolunu Stefan Danailov ifa etmişdir.


Tarix: 02.03.2015 / 18:58 Müəllif: Feriska Baxılıb: 353 Bölmə: Ümumi