beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Skif çarlığının yaranması və süqutu

Skiflər (burada təkcə işquzlar deyil, eyni zamanda saklar da nəzərdə tutulur) Ön Asiyada əsasən iki ərazidə Urartu dövlətinin Cənubunda (Hubuşkiya vilayəti) və Manna dövlətinin Şimalında məskunlaşmışdılar. Tədricən bu iki mərkəz vahid dövlətdə birləşdirilmiş və e.ə. VII əsrin ortalarında vahid Skif çarlığı (Sak-skif-kimmer dövləti) yaradılmışdı. E.ə. VII əsrin ortalarında bu dövlətin hökmdarı Tuqdamme olmuşdur. O, "sak və kuti ölkəsinin hökmdarı" rütbəsini daşıyırdı. Tuqdamme e.ə. VII əsrin 60-50-ci illərində Aşşurbanipal ilə müqavilə bağladı, lakin Kiçik Asiyadakı döyüşlərin birində həlak oldu.

Skif çarlığı tarixdə ilk dəfə Azərbaycanın hər iki hissəsini birləşdirən dövlət idi. Bu dövlət həmçinin Qərbi Azərbaycan ərazisində də ilk dövlət idi.

Skif çarlığının mərkəzinin hansı şəhər olduğu da tədqiqatçılar arasında mübahisə mövzusudur. İ.M.Dyakonova görə bu dövlətin mərkəzi Gəncə şəhəri idi. Çünki Alban ölkəsinin tarixində deyilir ki, Gəncə şəhəri Sakaşendə yaranmışdı.

E.ə. IV əsrdə Skif dövləti kiçik knyazlıqlara parçalanmışdır. Ondan sonra çarlıq ərazisinə daxil olan kiçik ərmən vilayətində ərmən Ervanditlər, Sisakanda türk Sisaklar, Kürdən Şimalda türk Qafqaz albanları hakimiyyətə keçmişdilər. Eramızın I əsrində Kürdən Cənubdakı Azərbaycan torpaqları isə Sisak nəslindən olan Ərənin hakimiyyəti altına keçmiş, sonra da Kürdən Şimaldakı Azərbaycan torpaqları da bu hakimiyyət altında birləşdirilərək vahid Albaniya – Qafqaz Albaniyası dövləti yaradılmışdır.


Tarix: 05.02.2015 / 13:02 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Ümumi