beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbriz üsyanı (1908-1909)

Məşrutə inqilabının(1905-1911) gedişində Məhəmməd Əli şah Qacarın Məşrutəni ləğv etmək yolunda başladığı əksinqilabı fəaliyyətə qarşı baş vermiş üsyan.
Üsyanın başlanması
Tehranda baş verən 10(23) iyun 1908-ci il əksinqilabi çevrilişindən sonra irtica İranın bütün əyalətlərində hücuma keçdi. Rəştdə, Ənzəlidə, Məşhəddə, Səbzəvarda, Kuçanda, Kirmanşahda, Buşirdə, Bəndər-Abbasda, eləcə də başqa şəhərlərdə qubernatorlar şahın əmri ilə bütün əncümənləri qovdular və bir çox qəzetləri bağladılar.23 iyun 1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edəndə, Mir Haşimin başçılığı altında Təbriz irticaçıları şəhəri ələ keçirməyə və mücahidlərlə, fədailərlə və əncümənlərlə birdəfəlik haq-hesab çəkmək fikrinə düşdülər. Mir Haşimin dəvəçılərınə Mərənd xanı Şüca-Nizamın və Təbrizin qərb hissəsinin-Qaraməlik məhəlləsinin dəstələri də qoşuldular. İrticaçılar əvvəlcə Təbrizin, Səttarxanın fədailərinin əlində olan şimaldaki Əmirxız məhəlləsindən başqa, şimal-şərq hissəsini - Dəvəçı məhəlləsini, Şişgilan və Baqemişe məhəllələrini ələ keçirdilər. Şəhərin cənub-şərq hissəsi Bağır xanın fədailərinin əlində idi, onların əsas bazası Xiyaban məhəlləsi idi. Təbrizdə döyüşlər başlayandan sonra Təbriz əncüməninin mülkədar-liberal kəsimi xarici ölkələrin konsulluqlarında gizləndilər. Əncümən sədri Bəsir əs Səltənə və Əclal əl Mülk rus, hacı Mehdi Kuzəkünani və Şeyx Səlim osmanlı, Mirzə Hüseyn Vaiz -fransız konsulluqlarında bəstə oturdular. Əksəriyəti mülkədar, tacirlər və ruhanilərdən ibarət Təbriz əncüməni müvəqqəti olaraq dağıldı. Mürtəce dəstələrə qarşı mübarizəni-Təbriz sosial-demokrat mücahidlər təşkilatlarının başçıları- Əli Müsyo, Davafuruş, eləcə də Səttarxan və Bağır xan davam etdilər.

Qüvvələr nisbəti
9 iyulda "Dəvəçi İslamiyə" və onu dəstəkləyən hökumətin Qaracadağ və Mərənd atlılarına qarşı olan Səttarxanı dəstəkləyən Təbrizin dörd məhəlləsinin iştirakı ilə, tüfəng və top atışması gün ərzində davam etdi. Eyni zamanda müvəqqəti hakim Müktədir üd Dövlənin xüsusi evinin atəşə tutulması, Rəhim xanın atlılarının topla birlikdə özlərini çatdırması nəticəsində, uğursuz alınmışdır. Axşam saat 10 yaxın atışma yenə başladı. Bu gün günorta saat 3 də atəş səsləri yenə eşidilməyə başladı..."

"...Saxta hökumətin(yəni şah hökumətinin) olduğu yerlərdə bütün piştaxtalar darmadağın edilib, ancaq Səttarxanın hakimiyəti altında olan ərazidə onlara toxunulmayıb. Onun , eləcə dövlət blanklarının üstündə "Əyaləti-Cəlileyi-Azərbaycan"(Azərbaycanın Ali Hökuməti) sözləri çap olunub. Son günlər ərzində Təbrizdə Məclisi-Qeybi(gizli şura) adlanan komitə yaranıb. O Səttarın və Bağırın möhürləri ilə karlı adamlara bildiriş göndərir, və onlardan müəyyən məbləğ tələb edir. Komitə 65 000 tümən yığmağı qərara alıb; lakin hələ 28 000 yığılıb. Bu pullar Məşrutəni(Konstitusiyanı)müdafiyə etmək üçün nəzərdə tutulub. Şaiyələrə görə Cənubi Qafqazdan Təbrizə bir qrup inqilabçı gəlib, onların sırasında bir neçə partladıcı mərmi mütəxəsisi var. Bizim gömrük Culfada Təbrizə gedən 1,5 pud dinamit saxlayıb."

Üsyanın genişlənməsi
"1326 il Ramazanın 16(30 sentyabr 1908) fədailər Təbriz irticaçılarının əsas bazaları olan Davəçi məhəlləsinə hucuma keçdilər və onu tutdular. Mürtəce "Davəçi İslamiye" əncüməninin üzvləri və ilk növbədə onun yaradıcı və təşkilatçıları Mir Haşim, sərraflar hacı Məhəmməd Tağı, hacı Mir Manaf və hacı mirzə Bağır, Rəhim-xan, Şüca Nizam və başqa irtica başçıları ilə, Davəçi məhəlləsindən Əyn öd Dövlənin düşərgəsinə qaçdılar. Davəçi, Sorxab və Bağemişe məhəllələrində yaşayanlar toplarla və başqa silahlarla birlikdə Səttarxana təslim oldular..."

"İrtica qüvvələrinin Təbrizdən qovulmasından və inqilabçıların Mərəndi tutmasından sonra Təbriz əncüməni və Səttarxan, Təbrizə taxıl hazırlığı və çatdırılması üçün, Mərəndə, Marağaya və Azərbaycanın başqa şəhər və rayonlarına mücahid dəstələri göndərdilər. Nəticədə Təbrizdə çörək son iki ayda olmadığı kimi bol oldu, özüdə yaxşı keyfiyətdə. Xarici dövlətlərin diqqətinə çatdırılmışdır ki şah Tehranda məclis çağırmadığına görə, məclis funksiyasını Təbriz əncüməni öz üzərinə götürür. Şəhərdə qayda-qanunun gözlənilməsi üçün -Nəzmiyyə-Polis idarəsi; divan xaneye ədliyyə-əhalinin şikayətlərinin araşdırılması üçün məhkəmə; maliyyatın yığılması üçün- maliiyə idarəsi; şəhər təsərrüfatı üçün-bələdiyyə; xalq təhsili işi ilə məşğul olan-əncüməni maarif təsis edilmişdi 1908-ci ilin dekabrında Təbriz əyalət əncüməninin xeyir-duası ilə Səttarxanın və Bağır xanın başçılığı altında hərbi şura yaradılmışdır-nizam"

...İran kazak diviziyasının 308 kazakının 6 topla birlikdə gəlməsinə baxmayaraq Təbrizin 20 verstində oturan Əyn üd Dövlənin tamam hərəkətsizliyi, Səttarxana fədai atlı dəstələri ilə, nəinki Təbrizin həndəvərinə, eləcə də Marağaya, Xoya, Salmasa və hətta Savucbulaqa öz nüfuzlarını yaymaq imkanı verir, və onlar orada fədailərin piyada və atlı dəstələrini yaradırlar..."

İrticanın əkshucumu
Poxitonov teleqram vurur ki, ayın 12 dən Əynüd Dövlənin qoşunları Təbrizə həmlə etdilər. Kazaklardan ibarət avanqard şəhər xəttinə Sahibdivan yaxınlığından-şəhərdən Bəsmincə gedən yolun başlanğıcından yaxınlaşdı. Eyni vaxtı Şüca üd Dövlənin suvariləri Sərdaruddan hucum edirdi...Rəhim xanın suvariləri bizim şossedə əməliyat apararaq, 10 da Sufiyanı tutdu, dünən isə Mərəndi...

"Fevralın 20(5 mart)Əyn üd Dövlə və Səməd xan şəhərə qarşı ümumi hucuma keçdilər, onlar hesab edirdilər ki bu Təbrizin taleyini həll etməlidir. Hucum eyni vaxtı Qaraməlik, Şamqazan, Basmınc tərəfdən oldu. Bundan başqa Rəhim xanın bandaları Acı çay üzərindən olan körpüyə yaxınlaşdılar və Təbrizin şimal həndəvərində döyüşə girdilər. Beləliklə irticaçılar şəhərə hər tərəfdən hucuma keçdilər. Əsas zərbə qərb tərəfdən endirildi. Burada Səməd xanın başçılığı ilə hucum edənlərin əsas qüvvələri toplanmışdı. Ən şiddətli döyüşlər Təbrizin qərb tərəfində -Xətib və Ahuni, eləcə də, onlara bitişik Hökmavar məhəllələrində baş verirdi. ...Şiddətli döyüş nəticəsində təbrizlilər şəhərə soxulmuş Səməd xanın bandalarını darmadağın etdilər. Qələbəyə hazırlaşan Səməd xanın özü təşviş içində, yağmaladıqlarını ataraq Hökmavardan qaçdılar. Fədai dəstələri onları düz Qaraməlikə qədər təqib etdilər. Xətibdə və Ahunidə də irticaçılar darmadağın edildilər və geri çəkildilər... Təbrizə qarşı 20 fevral(5 mart)ümumi hucum, hansına ki bunun üçün irticaçılar bütün qüvvələrini səfərbər etmişdilər, iflasa uğradı

1909-cu ilin martından, hər tərəfdən şah qoşunları və irtica bandaları tərəfindən mühasirəyə alınan Təbrizdə aclıq başladı. Təbrizlilər ilk yaz göyərtisini dərib yeyirdilər. Adi yerdən bitən yonca, ot təbrizlilərin, xüsusi ilə yoxsulların əsas yeməyi oldu.

Üsyanın sonu
<< Miller teleqram vurur: " Rəsmi olaraq bütün konsulluqları xarici təbəələri çörəklə təmin etməyin imkansızlığı barədə xəbərdar edərək, əncümən yazılı surətdə ingilis konsulu Vratislavı və məni vəziyyəti müzakirə etməyə dəvət etdi. Əncümən aşağıdakıları etmək üçün yardım etməmizi xahiş etdi: 1) Bəsminc yolunu açmaq və aclıq çəkən əhali üçün şəhərə gündəlik 150 xalvar buğda və un gətirilməsinə icazə verilməsini. Onlar zəmanət verirlər ki, çörək döyüşən fədailər tərəfindən götürülməyəcək və ancaq aclıqdan əziyyət çəkən əhalinin ehtiyaclarına gedəcək..."

Sablin xəbər verir ki aprelin 5 ingilis elçisi Barklay onun yanına gəlib, və Təbriz fədailərinin başçılığı ilə aclıq çəkən əhalinin guya erməni məhəlləsinin darmadağın etməsi niyyəti barədə Təbrizdəki ingilis baş konsulunun teleqrammını göstərərək, "Tiflisə dərhal teleraf edərək qoşun göndərilməsini tələb etməyi xahiş etmişdir". Sablin cavab verib ki bu cür addım atmağa onun icazəsi yoxdur

[ Böyük Britaniya xarici işlər naziri E. Qreyin Peterburqdakı ingilis səfiri Nikolsona Londondan olan teleqramından, 20aprel 1909 il] ...Rus hökumətinin, xaricilərin müdafiyəsi üçün atdığı istənilən addım, bizim tərəfdən tamamilə razılıqla qəbul olunacaq" və, qoşunların göndərilməsini nəzərdə tutaraq, əlavə edirdi ki "çevik hərəkətlərə ehtiyac var"

[Millerin teleqramından Təbriz, 16(29) aprel 1909] Axşam saat 5 Acı çay körpüsünə 120 kazak,65 atıcı və iki pulemyotla 24 nəfər yaxınlaşdı. Bu dəstənin heç bir təchizatı yox idi. Mən dəstəni şəhərə daxil olmasını və rusların gizləndiyi konsulluğun yaxınlığındakı evlərə yerləşdirilməsini əmr etdim. Səttar dəstəni hörmətlə qarşılamağı sərəncam verdi.

Rus qoşunlarının Təbrizə yaxınlaşmasını görən şah qoşunları və irtica bandaları qaçmağa başladılar. Təbrizin blokadası götürüldü, və şəhərə ərzaqın gətirilməsi üçün yol açıldı.


Tarix: 12.02.2015 / 18:59 Müəllif: Feriska Baxılıb: 480 Bölmə: Ümumi