beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Qriqor Supan

I Qriqor Supan – Sünik knyazı. Sünik sülaləsindən olan Sünik knyazı Vasak Süninin kiçik oğlu Saakın oğludur. I Qriqorun əcdadları Göyçə gölünün sahilindəki Qeqarqunik, Balk, Vayots-Zor, Çaxuk və Haband vilayətlərini idarə etmişlər. 849 – 851 – ci illərdə onun, əmisi oğlu Babgenlə münaqişəsi olmuşdur. O, katolikos IV Hovannesin yenidən seçilməsində də iştirak etmişdi. Hovannes Drasxanakerçi bu haqda yazır:

“...böyük sparapet Smbat və Sünik zadəganı Qriqor, həmçinin bir çox erməni nahararları qərara gəldilər ki, yepiskopların sinodunu təşkil edib artıq boşalmış müqəddəs taxtda Tanrını sevən əri yenidən əyləşdirsinlər.”
— Hovannes Drasxanakerçi – “Ermənistan tarixi”
I Qriqorun böyük oğlu və varisi Vasak Qaburdur.


Tarix: 09.02.2015 / 16:36 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Ümumi