beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şamxor hadisəsi

Şamxor hadisəsi — Türkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələrinin 1918-ci il yanvarın 8-10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında tərk-silah edilmişdir.

Tarixi
Zaqafqaziya Komissarlığının tələbi əsasında buraxılmış rus hərbi hissələri Cənubi Qafqazı tərk edərkən silahlarını təhvil verməli, həmin silahlar milli hissələrin təchiz olunmasına yönəldilməli idi. Lakin Rus qoşun hissələrinin çoxu silahları təhvil vermək istəmir, tərxis olunmalarına baxmayaraq, hətta ağır silahları belə özləri ilə Rusiyaya aparmağa cəhd göstərirdilər. Gürcüstan və Azərbaycandan keçib, şimala gedən hərbi eşelonların bir qismi bolşeviklərin, digər qismi isə rus qoşunlarında olan erməni hərbçilərinin təhriki ilə silahlarını Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak qüvvələrinə təhvil verirdilər. Daşnaklar rus eşelonlarından pulla da xeyli silah alırdılar. Hərbi eşelonların Şamxor yaxınlığında tərk-silah edilməsinə razılıq vermiş Zaqafqaziya Komissarlığının qərarı Millərlərarası Şura tərəfindən də bəyənilmiş və onun həyata keçirilməsi üçün 100 nəfərlik dəstə, həmçinin zirehli qatar göndərilmişdir. Tərk-silah və silahların toplanması əməliyyatınında yaxından iştirak edən Yelizavetpol Müsəlman Milli Komitəsinin fəalları bu işi dinc yolla həyata keçirməyə çalışdılar. Danışıqların aparılması üçün müəyyən adamlar da seçilmişdi. Silahlarını könüllü təhvil verəcəkləri halda hərbçilərin ərzaq və digər zəruri əşyalarla təmin edilib yola salınması nəzərdə tutulmuşdu. Lakin dinc danışıqlar nəticə vermədiyi üçün silahlı qarşıdurma yarandı və hər iki tərəfdən itkilər oldu. Qırğın 1918-ci il yanvarın 9-na kеçən gеcə baş vеrdi. Şamxor dəmiryol stansiyasına yaxın bir yеrdə dəmiryol xəttlərinin hər iki tərəfində qazılmış xəndəklərdə gizlənmiş polkovnik Moqolovun komandanlıq еtdiyi 10 min nəfərlik əksinqilabi (ağqvardiyaçı) qüvvələr qəflətən vaqonlardakı rus ordu hissələrinə hücum еtdilər. Bu zaman müsavatçıların topçu dəstələrinə rəhbərliyi ağqvardiyaçı rus zabitləri еdirdilər. Qarşıdurma zamanı həm hərbi qatar, həm də əks xətt ilə gələn sərnişin qatarı tamamilə yandı. Döyüşdə və döyüş zamanı baş vermiş yanğın zamanı hər iki tərfdən minlərlə insan həlak oldu. Hərbi eşelonların tərk-silah olunmasında polkovnik Süleyman bəy Əfəndiyevin komandir olduğu 5-ci Yelizavetpol nişançı alayı da yaxından iştirak etmişdi. Şamxor hadisələri zamanı hərbi eşelonlardan 20 ədəd top, 70 ədəd pulemyot və 15000 tüfəng alınmışdır.


Tarix: 12.02.2015 / 14:36 Müəllif: Feriska Baxılıb: 197 Bölmə: Ümumi