beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cuğa körpüsü

Tarixi
Cuğa körpüsü böyük karvan yolu üstündə iri dayaq məntəqəsi yaradılmasının ən maraqlı örnəklərindən biridir. Bu körpü Arazın üstündə karvan yolu istiqamətndə salınmış və iri ticarət qovşağı olan Cuğa şəhərinin ticarət həyatında böyük rol oynamışdır.

Körpü gözəlliyinə gorə tikildiyi dovrdən məşhurlamışdır. Həmdullah Qəzvini "Nüzhət əl Qülub" əsərində Mərənd tümənindəki ticarət şəhəri Gərgər haqqında qısa bildi verib yazmışdır ki, "...onun yanında, Araz çayı üstündə Ziyaülmülk Naxçıvani gözəl körpü tikmişdir. Bu xeyriyyəçilik sahəsində ən parlaq tikililərdən biridir." Gərgər şəhəri, indi Güney Azərbaycanda, Culfa şəhəri yaxınlığında, Mərənd-Culfa yolu üstündə yerləşən şəhərdir. Ziyaülmülkün tikdirdiyi körpü isə Cuğa körpüsüdür.

Memarlıq xüsusiyyətləri
Qırmızı qumdaşından, əhəng məhlulu ilə tikilən körpünün sahil dayağı doğrudan da körpünün inşaat texnikasının yuksəkliyindən soraq verir. Əmir Teymurun tarixcisi Şərafətdinin bu təsvirini araşdırmaçılar Cuğa körpüsünə aid edirlər: "Yonulmuş daşdan tikilmiş sarsılmaz möhkəmliyi olan yastı və düz körpü, dünya körpülərinin ən gözəlidir. Daşlarının gözəlliyi, möhkəmliyi və özümlü düzümü bütün memarları təəccübləndirir; iki tağbəndi çox ucadır və enlidir, su azalanda ölçülərkən biri 60 gəz (18,0 m), o biri 50 gəz (15,0 m) idi; kiçik tağbəndin aşağı qurtaracağında karvansaray, kцrpьnьn iki ucunda isə qayalarda tayı olmayan gцzəllikdə qapılar tikilmişdi." Cuğa körpüsünün sahil dayağı içərisində bir sıra yerləşgələr indi də qalmaqdadır. Körpünün sahil dayağına bitişik tikinti qalıqlarını isə araşdırmaçılar karvansaray hesab edirlər.

Culfa yaxınlığında, Arazın üstündə tikilməsi XIV yuzilin başlanğıcına aid edilən başqa bir körpünün yanında, çayın hər iki sahilində üz-üzə dayanan iki karvansara qeydə alınmışdır. Karvansaralar ayrılıqda tikilsələr də onların kцrpь ilə kompleks təşkil etdikləri və karvan yolunun iri dayaq məntəqələrindən birini yaratdıqları şübhəsizdir.


Tarix: 12.02.2015 / 14:07 Müəllif: Feriska Baxılıb: 171 Bölmə: Ümumi