Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pirallahı bürcləri

Qüllər vaxtilə Pirallahı adasının qarşısında yerləşirdi.Təəssüf ki,adanın ərazisində,həmçinin yarımada ilə üzbəüz ərazidəki abidələr qalmamışdır.Yerlərdə aparılan yoxlama bu abidələrin hətta nişanələrini belə aşkar etməyə imkan verməmişdir.Bu yox olmuş maraqlı abidələri xarakterizə etmək üçün əlimizdə yalnız iki sənəd var.Birincisi bu üç bürcdən birinin XIX əsrdə çəkilmiş fotoşəklidir.İkini sənəd bu abidələrin XVIII əsr səyyahı Lerxin "Onun həyatı və səyahətləri" əsərinə əlavə edilmiş qrafik təsviridir.

Lerx XVIII əsrin sonunda çap edilmiş səyahətin təsvirində "Pir" adasının və Abşeron yarımadasının üzbəüz sahilinin sxematik planını vermişdir.Lerxin təsviri ona görə qiymətlidir ki,o coğrafi şəraiti göstərməklə məhdudlaşmamış,onun bu yerlərə gəlişinə qədər qorunub saxlanmış abidələri sxematik olsa da,kifayət qədər dəqiq təsvir etmişdir.

Şəkildə biz Abşeron yarımadasnın qurtaracağında üç bürcün sxemini görürük.Bu bürclərdən birinin yanında iki məqbərə də təsvir edilmişdir.Bundan başqa ada ərazisində daha bir məqbərə və ətrafında çoxlu qəbir daşları olmuşdur.

Lerxin təsvirlərindən aydın olur ki,Abşeron yarımadasının qurtaracağında yerləşən iki məqbərənin üzərində kitabə olmuşdur.Həmçinin məqbərələrdən birinin giriş qapısı üzərindəki tikinti kitabəsindən solda ustanın adı olan xüsusi kitabə də olmuşdur.Lerxin yazdığına görə ərəb dilində olan bu kitabədə Ustad Əbubəkr adlı memarın adı həkk olunmuşdur.

Bu qurğuların tikintisinə dair onun verdiyi 3070 tarixini anlamaq çətindir.Bu yəqin ki,hicri tarixi ilə 730-cu ildir.Çünki ərəb dilinin normalarına əsasən rəqəmlər təklikdən yüzlüyə doğru yazılır.Onun üçün də Lerx oxuduğu kimi də yazmışdır."Otuz yeddi yüz",hicri tarixi ilə 730-cu il,miladi təqvimlə 1329-1330-cu illərə müvafiq gəlir ki,bu da abidənin memarlıq xarakteristikasına uyğun gəlir.

Onun "Pir" adasında təsvir etdiyi üçüncü məqbərə də bu iki məqbərənin tipoloji xüsusiyyətlərini təkrar edir.Ancaq görünür bu abidədə kitabə olmamışdır və Lerx bu haqqda heç bir məlumat vermir.

Lerxin təsvir etdiyi Pirallahı bürcləri plana görə dairəvi imişlər və şəkildən də göründüyü kimi bu bürclər bir-birinin oxşarıdır.Bu bürclər bir-birindən yalnız qapısının yerinə görə fərqlənirdilər.Bu bürclərin ikisinin adi qaydada yerdən azacıq hündürdə yerləşən girişi,üçüncü bürcün səthində isə öz ölçüsü və xüsusiyyətinə görə başqa Abşeron bürclərinin girişlərini xatırladan girişi varmış. Lerxin təsvirlərini XIX əsrin xatırlatdığımız fotoşəkilləri ilə müqyisə edərək qərara gəlmək olar ki,XIX əsrin bizə gəlib çatmış fotoşəklində Lerxin çəkdiyi üç bürcdən ortadakı təsvir olunmuşdur.Yonulmuş daşdan tikilmiş bu bürc silindrik formadadır və tağlı taxtapuşlu girişi var.Bürcün yuxarı hissəsi dağılmışdır və onun yuxarı hissəsinin forması haqqında bir söz demək çətindir.Fotoşəkildə bürcün ətrafında çoxlu tikinti daşı görünür.Bunlar gümün ki,bürcün yuxarı hissəsindən düşmüş daşlardır.

Məlum olduğu kimi,Abşeron bürclərinin adətən onların ərazisini mühafizə edən divarları olur.Lakin Lerxin təsvirində və bizə gəlib çatmış fotoşəkildə bürcü əhatə edən divarların nişanələri belə görünmür.

Qeyd etmək lazımdır ki,bürcün hörgüsü və çəkilməsi əvvəllər məlum olan Abşeron bürclərindən fərqlənir.Burada daşların lçüsü kiçikdir,ancaq onları diqqətlə bir-birinə geydirmişlər.

Əldə olan materiallara əsasən bu bürclərə dəqiq tarix qoymaq mümkün deyil.Lakin onların tikilmə tarixini təxminən XIV əsr hesab etmək olar.Bu vaxt Abşeronda bürclərin tikilişinin daha intensiv dövrü sayılır.

Belə bir cəhət də maraq doğurur ki,bi zonada indiyə qədər bizə məlum olmayan üç məqbərə olmuşdur.Pirallahı adasındakı kitabələr arasında o vaxtlar bütün Azərbaycanda geniş yayılmış ancaq Abşeron zonasında ilk dəfə təsadüf edilən qoyunşəkilli qəbir daşlarının təsviri olduqca maraqlıdır.


Tarix: 08.01.2015 / 13:35 Müəllif: Feriska Baxılıb: 82 Bölmə: Ümumi
loading...