beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xocalı Mədəniyyəti

Xocalıda dulusçuluq, daş üzərində işləmə daha çox inkişaf etmişdi. Sənaye və tikinti obyektlərinin sayı 29, mədəni-məişət obyektlərinin isə 80 olaraq qeyd olunmuşdur.

Coğrafiyası və iqlimi
Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində yerləşirdi. İqlimi mülayim-istidir.

Xocalının tarixi-mədəni abidələri
Daş qutu nekropolu – tung dövrü ( Xocalı şəhəri Əsgəran dağı)
Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda)
Xocalı kurqanları - ilk tunc və dəmir dövrü (Xocalı rayonu)
Küp qəbirləri nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)
Kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında)
Xankəndi kurqanları - tunc dövrü (Xankəndidən şimalda)
Xaçınçay nekropolu - ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)
Küp qəbirləri nekropolu - tung dövrü (Armudlu kəndindən 2km. İlis kəndinə tərəf)
Kurqan - tung dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində)
Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında)
Köhnə qəbristanlıq - tung dövrü (çanaqçı kəndi)
Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi)
Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində)
Dairəvi məbəd - 1356-1357-ci il (Xocalı şəhəri)
Türbə – XlV əsr (Xocalı şəhəri)
Alban məbədi - 1100-ci il (Çanaxçı kəndi)
Alban məbədi - 1065-ci il (Çanaxçı kəndi)
Alban məbədi - 905-ci il (Şuşa kəndi)
Alban məbədi - 1122-ci il (Xansıx kəndi)
Alban məbədi - 1100-ci il (Xaçmaz kəndi)
Alban məbədi - 1202-ci il (Armudlu kəndi)
Qala – X əsr (Maşxmaat kəndi)
Qırxlar qalası – orta əsrlər (Badara kəndi)
Məbəd kompleksi - VII əsr ( Badara kəndi)
Qala - IX əsr ( Daşbaşı kəndi)
Əsgəran qalası - XVIII əsr ( Əsgəran qəsəbəsi)
Aslan qalası – IX əsr (Anabert kəndi)
Mədəb – XIII əsr (Xanabad kəndi)
Erməni işğalı nəticəsində dağıdılmış abidələr
Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar;
Dini abidələrdən Meşəlidəki «Seyid qəbri»;
Xocalı Məbəd Yeri (50 hektar sahədə 100 məbədi əhatə edir);
Ən qədim insan məskənlərindən olan Azıx mağarası silah anbarına çevrilmişdir;
XIV əsrə aid olan Xocalı Məqbərəsi;


Tarix: 28.01.2015 / 18:18 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Ümumi