beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hədəf və məqsəd

İki uşaq evlərinin arxasında böyük bir quyu qazmağı qərara aldılar. Qazmağa başlayan kimi, başqa iki uşaq onlara tamaşa etməyə gəldilər. Bir qədər tamaşa etmişdilər ki:

— Nə etmək istəyirsiniz? — deyə «qonaqlardan» biri maraqla soruşdu.

— Dünyanın mərkəzindən keçən bir quyu qazmaq istəyirik, — deyə uşaqlardan biri həyəcanla cavabEarthworm verdi.

Bunu eşidən «qonaqlar» qəhqəhə ilə gülməyə başladılar və belə bir şeyin qeyri-mümkün olduğunu dedilər.

Uzun bir səssizlikdən sonra uşaqlardan biri quyudan içi hörümçək, soxulcan və başqa həşəratlarla dolu şüşə bir qab gətirdi və bu şüşə qabı bayaqdan onlara istehza ilə baxan «qonaqlara» göstərdi. Sonra da özündən arxayın bir şəkildə:

— Düzdür, axıra qədər qaza bilmədik. Ancaq görün, yolda nələr taqdıq, — dedi.

Doğrudan da, şüşə qabın içində heç kimin təsəvvür edə bilməyəcəyi gözəl bir mənzərə var idi. Onların hədəfləri, əlbəttə ki, çox iddialı idi. Ancaq bu hədəf, onlar üçün məqsəd təşkil edirdi. Əslində, hədəflər də, elə bunun üçün deyilmi?...

İndi siz də özünüzdən soruşun: «Hədəfinizə ancaq bir hədəf kimi baxanlardansınız, yoxsa, hədəfinizə ancaq bir məqsəd kimi baxanlardan?»


Tarix: 05.12.2014 / 16:22 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Ümumi Psixologiya