beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İstək, inam - əngəl tanımır

Annalisa Minetti adını eşitmisinizmi? Annalisa Minettinin çox təsiredici və maraqlı həyatı var. Onun müvəffəq olduğu işlər insanı təəccübləndirir. Hələ uşaq ikən görmə qabiliyyəti zəifləyən Annalisa 18 yaşına çatanda tamam kor olur. Amma o, əsla rühdan düşmür və bu halda həyatını ən gözəl şəkildə yaşayır. O, həm gözəllik yarışmasında dərəcə alan bir model, həm musiqi yarışmasında birinci olan müğənni, həm də olimpiada da medal qazanan bir idmançı olur.

Annalisa Minetti 1997-ci ildə, 20 yaşındaykən İtaliya gözəllik yarışmasına qatılır. İlk 10 gənc qız arasında seçilir və «Miss Gambissime» (Miss super ayaqlar) ünvanını alır. «MissItalia»da finala qalanlar arasında görmə əlilli bir yarışmaçı olduğu ortaya çıxır. Minetti görmədiyi halda podyumda rahatlıqla dolaşmış və tamaşaçılar da bunu hiss etməmişlər… Necə də böyük özünə inam sahibi olan biri… Finala qaldıqdan sonra görmədiyini və bunu necə bəlli etmədiyini belə izah etmiş:



— O yarışmada qulağımın içinə radioqəbuledici yerləşdirdim və sevgilim məni bunun vasitəsilə yönləndirirdi. Yeriyərkən sevgilim hansı tərəfə gedəcəyimi, harda duracağımı, neçə addım atacağımı qulağıma pıçıldayırdı.

Beləcə, Annalisa bu "əmrlərə" əməl edərək podyumda xətasız hərəkət etmiş. Bu açıqlamadan sonra ölkəsinin tarixində ilk görmə əlilli gözəllik yarışmaçısı olaraq xeyli maraq və dəstək alır.

Annalisa Minetti kiçik yaşdan bəri musiqi ilə də maraqlanır. «Miss İtaliya»da dərəcə aldıqdan bir il sonra, 1998-ci ildə San Remo musiqi festivalına da qatılır. «Senza te o con te» mahnısıyla 1-ci yeri tutur. O, bu sahədə də istedadlı, yaxşı müğənni olduğunu isbatlayır.



Minetti modellik və müğənniliklə yanaşı idmanla da məşğul olur. Yardım kompaniyalarının reklam üzü olur. Bu arada evlənir. «Görmə əliliyəm, uşaq baxa bilmərəm» deməyib, uşaq sahibi olur. Futbolçu həyat yoldaşı, Gennaro Esposito ilə xoşbəxt bir evliliyi var. Yəni, sadəcə kariyer və uğur arxasınca qaçmır. O, eyni zamanda gözəl həyat yoldaşı və anadır...

Gələk 2012-ci ilə. Minetti London 2012 Paraolimpiya oyunlarında, qadınlar 1500 metr qaçışda yarışdı. Görmə əlillərinin qatıldığı T11 kateqoriyasında dünya rekordu təzələyərək, T12 kateqoriyasında 3-cü yer tutaraq bürünc medal qazanır.

Qələbədən-qələbəyə addımlayan Annalisa Minetti bu son uğurunu oğlu Fabioya hədiyyə etdi. «Hər şey mümkündür. İstənildiyində bacarmanın mümkün olduğunu isbatladım. Xoşbəxtliyimi təsəvvür etməkdə çətinlik çəkirəm… Ümid edirəm gələcək nəsillər üçün bir şey edə bilmişəm» deyərək, əlil olan və olmayanlara önəmli mesaj verir.


Tarix: 05.12.2014 / 15:49 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Ümumi Psixologiya