beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dirilərdən çox qazanan ölülər

Neçə illərdir ölü kimi görünürlər və həqiqətən də ölüdürlər. Və ya bizə elə gəlir. Bəzi insanlarin hətta ölümlərindən sonar, biz həyatda olanların xəyal belə edə bilməyəcəyi pullar qazanması maraqlı və təəccüblü deyilmi? Əlbəttə ki, əbədiyyətə qovuşmuş super starlardan bəhs edirik. Bəlkə də, ölümündən sadəcə bir neçə il keçdiyi ilə əlaqədar olaraq, "ən çoz qazanan ölülər" siyahımızın ilk pilləsində Kurt Cobain(Kurt Kobeyn) yer alır. İkinci pillədə, ölümündən uzun illər keçməsinə baxmayaraq, milyonlar qazanmağı davam etdirən Elvis Presleydir. Kurt Cobainin oktyabr 2005-2006-cı illər arasında əldə etdiyi gəlir əlli milyon dollar olub. Yəni, əfsanəvi Elvisdən səkkiz milyon daha artıq. Elvisin illik qazancı 42 milyon dollardır və ölü üçün heç də aşağı gəlir deyil. Bu pullar hələ də satışda olan albomları və malların gəlirləri sayəsində əldə olunur.

Rejissor Charles Shulz da şanslı ölülərdəndir. "Peanuts"un banisi, yaratdığı Charlie Brown, Snoopy və Schroder seriyaları ilə ölümündən sonra da ildə 35 milyon qazanmağa davam edir. Ondan dərhal sonra, ildə 24 milyon dollarla Beatles solisti John Lennon (Con Lennon) gəlir. Nisbilik nəzəriyyəsini isbat edən Albert Eynşteyn isə 20 milyonluq gəliri ilə beşinci pillədə yer alır. Bəli, ölümündən sonra belə, bu qədər milyonlara sahib olan bu şəxslər bəşər tarixində öz varidatları ilə birlikdə gözəl əsərlər də qoyub gediblər.


Tarix: 05.12.2014 / 15:14 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Ümumi Psixologiya