beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elnur Baimovdan uğurun sirri

-Onlayn layihələrinizdən qabaq hansı işlərlə məşğul idiniz və niyə bu sektora keçdiniz?
-Mən bu layihələrlə məşğul olanda bu işlə heç kim məşğul olmurdu. 1998-ci ildə bakililar.az saytı ilə başladıq. O vaxtın ilk saytlarından biri idi. Sonra, 2003-cü ildə day.az açıldı. Bizim ilk iri xəbər portalımız idi. Sonra davamlı olaraq başqa layihələrimizi üzə çıxartmağa başladıq. Niyə mən bununla məşğul olmağa başladım. Çünki hesab edirəm ki, informasiya texnologiyaları insanları gələcəyə aparan yoldur. İntellektual layihələr məni həmişə cəlb edib.

-Azərbaycanda ilk olmusunuz?
-Deyə bilmərəm ki, ilk olmuşam. Amma uğurlu layihələrin əksəriyyəti bizim şirkətə məxsusdur. Ən çox layihələri də biz etmişik.

-İşə başlayanda əmin idiniz ki, uğur əldə edəcəksiniz?
-Yox. Amma özümə və komandama inanırdım. Heç vaxt uğur əldə edəcəyinə öncədən əmin ola bilməzsən. Min cür hadisə baş verə bilər. Planlar alt-üst olsa da, peşəkarlıq sayəsində sudan quru çıxmaq mümkündür. Azərbaycanda indi peşəkarların sayı çox azdır.

-Vaxtınızı necə bölüşdürürsünüz?
-Mən həmişə qeyd edirəm ki, əgər açıq bazarda vaxt satılsaydı, alardım və onu layihələrimizin inkişafına sərf edib, əlavə pul qazanardım. Qazandığımız pulu isə yenə də layihələrin inkişafına həsr edərdim.

Elnur Baimov

-Gündə neçə saat işləyirsiniz?
-Soruşun neçə saat yatıram, asanlıqla cavab verim (gülür). Hər dəqiqə otağıma kimsə girir, nəsə soruşur. Amma çoxlu işləmək lazımdır. Mən həmişə deyirəm ki, əgər işləyirsinizsə, inkişaf edirsiniz, göydən sizin üçün heç nə düşməyəcək. Öz sahənizdə peşəkarsınızsa, sizə həmişə tələb olacaq.

-Yəni işdən başqa heç nəyə vaxtınız qalmır ?
-Yox işdən qabaq ailəm var. Ailə mənim üçün ən vacib amildir. İş ondan sonra gəlir.

-İstirahəti necə təşkil edirsiniz?
-Mən iş zamanı istirahət edirəm. İntellektual işin üstünlüyü ondadır ki, siz bu işi sevirsinizsə, ondan zövq alırsınız. Hətta yolda olanda belə öz Nokia E7 smartfonumdan internetə daxil olub portallarımızı və sosial şəbəkələri izləyirəm. Elə peşəkarlıqdan söz düşmüşkən, hesab edirəm ki, Nokia-nın Azərbaycanda rəsmi distribütoru olan MobiTel şirkəti öz işini çox peşəkarcasına qurur. Bu səbəbdən mən onlara inanıram.

-Öz saytlarınızdan başqa hansı saytları izləyirsiniz, hansılar sizə maraqlı gəlir?
-Hal-hazırda 15 saytı idarə edirəm. Buna görə də, o biri saytlara çox az vaxtım qalır.

-Saytlarınızın rəqibi?
-İdarə etdiyimiz disput.az yerli sosial şəbəkədir. Onun ən böyük rəqibi Facebook-dur. Və bu bizim üçün çox qürurlu bir faktordur.

-Necə düşünürsünüz, kiminsə işi alınmırsa, günah özündədir?
-Yox, günah özündə deyil. Mənim də bir çox layihələrim alınmayıb. Nəsə alınmayanda boşluğun harda olduğunu axtarmaq lazımdır. Bundan faciə etməyə dəyməz. Bütün uğurlu şirkətlərdə, Stiv Cobsdan tutmuş, Riçard Bransona qədər 10 layihədən təqribən cəmi üçü-dördü uğurlu olur. Yalnız hərəkət etməyəndə səhv etməmək zənaməti ola bilər. İş olan yerdə səhv də olur. Səhvlər təcrübəni zənginləşdirir.

-Uğuru necə qazanmağın düsturunu verə bilərsiniz? Uğurnuzun sirri nədir?
-Burada heç bir gizli sirr yoxdur. Birincisi heç kimi aldatmamalısınız, kiminsə puluna bais olmamalısan, imanlı olmalısınız, Allaha inanmalısan, vəssalam. İşləyirsən, qazanırsan


Tarix: 05.12.2014 / 15:31 Müəllif: Aziza Baxılıb: 118 Bölmə: Ümumi Psixologiya