beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaq “kaprizləri”nin səbəbi nədir?

Uşagın hər istədiyini yerinə yetirmək və davranışlarına sərhəd qoymamaq nə qədər düzgündür sualına çox zaman fərqli cavablar alırıq.
Xüsusilə, öz uşaqlıqlarını maddi sıxıntı və təzyiq altında keçirən ana-atalar “Mən çox sıxıntılar gördüm, uşaqlarım sıxıntı çəkməsin, sərbəst böyüsün .” kimi sözlər deyib uşaqlarının hər istədiyini yerinə yetirərlər; davranışlarına sərhəd qoymurlar. Belə olduqda düşünürlər ki, uşaqların gözü doyacaq və onlar xoşbəxt olacaqlar. Amma gözlədiklərinin tam əksiylə qarşılaşırlar.

Belə ki, uşaqlarının gözlərinin doymadıqlarını, əilndəkilərin qiymətini bilmədiklərini, söz eşitməyən, məsuliyyətsiz olduqlarını və ətrafdakı insalara hörmət qoymadıqlarını şahidi olurlar. Zamanla bu münasibəti özlərinə qarşı da hiss etməli olurlar. Bu zaman da “onlardan heç bir şey əksik etmədim, yemədim yedizdirdim, geymədim geyindirdim, onlara bir sillə belə vurmadım, niyə belə oldu?”- kimi paradoksal birsual ilə qarşı-qarşıya dururlar.

Çox vaxt belə uşaqlara “tərbiyəsiz” adını verirlər. Lakin bu düzgün olmayan tərbiyənin nəticəsidir. Ailə daxilində və xaricində nə etməli və nə etməməli olduqlarını ilk əvvəl uşaqlara valideynlər öyrətməlidirlər.
Davranışlarına sərhəd qoyulmayan uşaqlar, küçədə və dost çevrəsində adət etdiyi şəkildə sərbəst davranırlar, onlara qarşı verilən cavablara soyuq yanaşırlar.

Qaydalar və sərhədlər düşünüldüyü kimi uşaqları incitməz. Onlar özlərinə dəyər verildiyi üçün sərhəd qoyulduğunu bilrlər. Uşaqlar nəsə istədikləri zaman ana-atalar bunun ehtiyacı olub-olmadığını və o anda gərəkli olub- olmadığını düşünməlidirlər, ehtiyac varsa, yerinə yetirməlidirlər. Zəruri ehtiyac xaricindəki istəkləri ancaq haqq elədiyində verilməlidir. Beləliklə, uşaq bəzi istəklərinə çatmaq üçün çalışması, pul yığması və səbr eləməsi lazım olduğunu öyrənəcək, əlinin altında olanların qədrini biləcək .

Uşağın zəruri ehtiyaclarını yerinə yetirməmək nə qədər yanlışdırsa, hər istədiyini yerinə yetirmək də o qədər yanlışdır. Doğrusu orta yoldur ki, buna da “ağıllı davranma” demək olar.


Tarix: 27.11.2014 / 13:25 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Ümumi Psixologiya