beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarda xarakterin meydana gəlməsi və formalaşması

Davranış tipləri, xarakterin meydana gəlməsinə necə təsir edir? Bu sual istər psixologiya sahəsində fəaliyyət göstərən həkimləri, istərsə də günümüzdə adi insanlardan vəzifəli şəxslərə kimi hamımızı düşündürməlidir. Çünki, uşaqlar bizim gələcəyimizdir. Onların sağlam bir mühitdə yetişməsi üçün hər birimiz öz əməyimizi əsirgəməməliyik. Bu baxımdan uşaqların xarakterli olması prosesində cəmiyyətin təsiri ilə bərabər ailə də əhəmiyyətli bir faktor hesab olunur.

K.i.v də bu mövzu ilə əlaqədar yayımlanan məlumatların birində deyilir ki, uşaqlar özlərinə məxsus şəxsiyyət xüsusiyyətləriylə dünyaya gəlirlər. Hər uşaq fərqli xüsusiyyətlər daşıyır. Məlumatda xarakterin bir şəxsiyyət quruluşu olması və bu quruluşun ümumi xətlərlə daha doğulmadan təyin olunmuş olduğu bildirilir. Bundan əlavə qeyd olunur ki, sahib olunan bir çox xüsusiyyət kimi şəxsiyyət xüsusiyyətləri də genlər yolu ilə müəyyən edilir. Uşaqlar bu dövrdə öz davranışlarını və bu davranışlara cavab verən reaksiyaları qiymətləndirərək, şəxsiyyətin meydana gəlməsində əhəmiyyətli addımlar atmağa başlayırlar.

Uşağın hər cür inkişafında ən əsas faktor ailədir. Bir sıra ailə tipləri var ki, həmin ailələrdə uşaqlarda xarakterin formalaşması məhz ailənin məxsus olduğu tiplərdən asılı olur. Bu tiplərə həddindən artıq qoruyucu ailə tipi, həddindən artıq tolerantlıq və diqqət göstərən ailə tipi, rədd edən ailə tipi, təsir altında saxlayan ailə tipi, qəbul edən ailə tipi, ayrıseçkilik edən ailə tipi, tolerantlı və qəbul edən ailə tipi aid edilir. Bu bucaqlardan baxıldığında uşaqların xarakterlərinin meydana gəlməsində əsas aspektin ailə olduğu bir daha sözügedən məlumatlarda öz əksini tapıb. Burada ailənin və uşağın içində yaşadığı cəmiyyətin təsiri çox böyükdür. Bu səbəbdən möhkəm xarakterli bir uşaq istəyiriksə möhkəm təməlləri olan cəmiyyətlər və ailələr olmaq məcburiyyətində olmaq vacibdir.


Tarix: 27.11.2014 / 13:03 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Ümumi Psixologiya