beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ləzgilər

Ləzgilər – Özlərini «Ləzgiyar» adlandıran ləzgilər Dağıstan Respublikasının Qasımkənd, Məhərrəmkənd, Doqquzpara, Axdi habelə, Azərbaycan Respublikasının Quba və Qusar rayonlarında, Qazaxıstan və Türkmənistanda məskunlaşmışlar, Ümumi sayları 466 min nəfərdir. Köhnə ensiklopedik ədəbiyyatlarda Dağıstanın bütün əhalisi ləzgi adlandırılırdı. Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupuna Aid olunan ləzgi dili bir-birindən kəskin fərqlənən üç dialektə bölünür. 1) Kürə, 2) Samur, 3) Quba. Öz dillərindən başqa ləzgilərin əksəriyyəti azərbaycan və rus dillərini bilirlər. XIX yüzilliyin əvvəllərinə qədər öz dindaşları olan azərbaycan türkləri ilə birlikdə Azərbaycan dövlətinin tərkibində yaşayırdılar. Əsas məşğuliyyətləri əkinçilik və maldarlıqdır. Ləzgi qalayçıları bütün Qafqazda məşhurdur. Xur adlanan ləzgi kəndləri əsasən bulaqların yanında salınırdı. Ləzgi evləri nəinki, bir-birinə yaxın yerdə inşa edilir, hətta çox zaman bir-birinə yapışdırılırdı. Kəndlər qohumlardan ibarət məhəllələrə ayrılırdı. Bəyaz köynək, qara şalvar, papaq və kürklərdən ibarət olan ləzgi geyimi ümum qafqaz tipindədir. Doqquzpara rayonunun Misgəncə kəndində yaşayanlar istisna olmaqla qalan ləzgilər sünnüdürlər. Azərbaycan türklərinin mədəni təsiri altında olan ləzgilərdə də aşıq poeziyası inkişaf etmişdir. Barmaq adlanan raraq qoyurlar. Dəvə yunundan toxunmuş başlıqları Azərbaycandan alırdılar. 2 cür kürk geyirdilər.
1) Kaval - enli və uzun
2) Kürk - yüngül və gödək
Həm kişi və həm də qadınlar bəzəkli corab geyirdilər. Yeməkləri xəngəl, rlov, düşbərə və s. Azərbaycan türkləri ilə eynidir. İslama qədərki inanclar içərisində Bahar bahramı, ris gözdən qorunmaq üçün həyətdə it və at sümüklərinin asılması hələ də qalmaqdadır.


Tarix: 09.12.2014 / 16:57 Müəllif: Aziza Baxılıb: 143 Bölmə: Ümumi Melumat