beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda yaşayan etnik qruplar

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycan əhalisinin tərkibi də yekcins deyil. Burada da əsas xalqla yanaşı etnik və etnoqrafik qruplar yaşayırlar. Etnoqrafik qruplar öz təsərrüfat mədəni tiplərinə görə əsas əhalidən fərqlənirlər. Etnik qruplar isə öz mənşəyi, dili və bir sıra əlamətlərinə görə əsas xalqdan fərqlənirlər. Etnoqrafik qruplara misal olaraq ayrımları, padarları, şahsevənləri misal göstərmək olar ki, bu hər üç xalqın mənşəyi və dili türkdilli azərbaycanlılarla eyniyyət təşkil edir. Ayrımları bəzi tədqiqatçılar erməniləşdirməyə çalışırdılar. Lakin Azərbaycan tədqiqatçıları onların türkdilli xalq olduqlarını sübuta yetirmişdilər. Bu sahədə etnoqraf Q.Qaraqaşlının tədqiqatları təqdirə layiqdir. Sadəcə olaraq onlar əsas xalqdan ayrılaraq, kənarda, dağlıq zonalarda məskunlaşdıqlarına görə onları ayrımlar, yəni ayrılıqda yaşayanlar adlandırmışdılar. Onlar əsas əhali kütləsindən ayrılıqda yaşadıqlarına görə onların məişət və mədəniyyətlərində bəzi fərqli xüsusiyyətlər var. Ayrımlar başlıca olaraq, Gədəbəy, Kəlbəcər, Göy-göl (keçmiş-Xanlar rayonu) rayonlarında yaşayırlar. İkinci Azərbaycanda yaşayan böyük etnoqrafik qrup – padarlardır. Onlar Azərbaycanın Şirvan zonasında məskunlaşmışlar. Həm ayrımların, həm də padarların mənşəyi bilavasitə oğuz tayfaları ilə əlaqədardır.
Muğanda Araz çayı boyunda məskunlaşmış 3-cü böyük etnoqrafik qrupp olan Şahsevənlərin ilkin vətəni Cənubi Azərbaycan olmuşdur. Onlar şah Abbas dövrünün Qızılbaşları ilə əlaqədar olan bir sıra Azərbaycan qəbilələrinin ümumiləşdirilmiş etnik birliyidir. Onların şimali Azərbaycana ilkin axını XYIII əsrin axırı XIX əsrin əvvəllərinə təsadüf edir. Bu etnoqrafik qrupların hər üçü həyat tərzi və məişətlərinə görə azərbaycanlılardan fərqlənirlər. Onlar başlıca olraq yarımköçəri-tərəkəmə təsərrüfatı ilə məşğul olurlar. Şahsevənlərin və padarların başlıca məşğuliyyəti qoyunçuluqdur. Onlar az miqdarda iri buynuzlu heyvan saxlayırlar. Əkinçilik yardımçı təsərrüfat hesab olunur.
Azərbaycanın Şimal hissəsində Qafqaz-iber dillərində danışan bir sıra xalqlar yaşayırlar. Bunlara ləzgiləri, avarları, saxurları, udinləri və Şahdağ qruppu xalqlarından: buduq, qırız və xınalıqları misal göstərmək olar. Gürcüstanla sərhəd rayonlarda yengiloy adlanan başqa bir etnik qrupp da yaşayır. Bundan başqa Azərbaycanda Hind-Avropa dil ailəsinin İran qrupuna daxil olan bir sıra xalqlar da yaşayırlar. Məsələn: tatlar, talışlar və kürdlər bunlara misaldır. Tatlar Quba, Dəvəçi, Şamaxı, İsmayıllı habelə abşeronun bəzi kəndlərində yaşayırlar. Talışlar İranla sərhəd rayonlarda, kürdlər İə Azərbaycanın qərb zonalarında məskunlaşmışdılar. Tatlar Sasanilər dövründə İrandan Azərbaycana köçürülmüşlərdir (387-ci il İranla Bizans arasında bağlanan müqavilədən, yəni Albaniya Sasanilərin hakimiyyətinə keçdikdən sonra). Tat etnonimi türk mənşəli olub, oturaq qeyri-türk xalqlarına verilmiş addır.
Dini əlamətlərinə görə tatlar müsəlmanlara, (erməni) qriqoryanlaravə yəhudilərə bölünürlər. Müsəlman tatlar Abşeron yarımadasında, Quba və Dəvəçidə, yəhudi tatlar Quba rayonunun Qırmızı qəsəbə, Oğuz rayonunun Vartaşen kəndində, habelə Bakı və Dağıstanda yaşayırlar. Qriqoryan tatlar isə Şamaxının mədrəsə kəndində dəvəçmnmn Gilvənkə kəndində yaşayırlar. Tatlar Azərbaycan türkləri arasında yaşadıqlarından maddi və mənəvi mədəniyyətlərinə görə azərbaycanlılardan çox az fərqlənirlər.
Talışlar- Azərbaycan Respublikasının cənub-şərq (Astara, Lerik, lənkəran, qismən Masallı) və Cənubi Azərbaycan ərazisində yaşayırlar. İranda talışların sayı 100 min, Azərbaycana isə 20 min nəfərdir. Keçmiş sovet alimləri talışları yerili əhali hesab edirdilər. Belə Ki, olar talışları Azərbaycanın Ən qədim yerli tayfalarından olan kadusilərin qalıqları hesab edirdilər. Lakin Qərb alimləri buna şübhə ilə yanaşırdılar. Onların fikrincə talışların Azərbaycana gəlişi (XIII əsrdə) Çingiz xanın sərkərdəsi olan Talışın Adı ilə bağlıdır. Talışların bir qismi şiə, bir qismi sünnüdür. Onların da maddi və mənəvi mədəniyyətləri azərbaycanlılardan bir o qədər də fərqlənmir.
Kürdlərin Cənubi Qafqaza gəlmələrinin dəqiq tarixi yoxdur. (Əsasən Cənub-Şərqi Asiyada yaşayırlar). Azərbaycanda 10 min nəfərdirlər. Əsasən Azərbaycanın qərb rayonlarında, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanda məskunlaşmışdılar. Keçən əsrin 80-cı illərin sonunda müsəlman kürdü zorla erməni quldur dəstələri tərəfindən Ermənistandan, həmçinin Azərbaycana məxsus torpaqlardan qovuldular. Kürdlər sünnü, şiə və yezidi kürdlərə ayrılırlar. Sünnü və yezidi kürdlər əsasən Ermənistanda (57 min), Gürcüstanda (34 min) ərazilərində yaşayırlar. 1979-cu il məlumatına görə bütün SSRİ-də 116 min kürd yaşayırdı.


Tarix: 09.12.2014 / 16:53 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Ümumi Melumat