beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı Şəhər İcra Hakimiyyəti

1860-cı ildən quberniyanın paytaxtına çevrilmiş Bakını idarə edən təşkilatın adı belə olmuşdur:


Bakı Şəhər Duması-1870-ci ildə təsis edilmişdir. Rus imperiyasının ən varlı idarələrindən biri hesab olunurmuş.


Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi - 1939-1977


Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi - 1977-1991


Bakı Şəhər İcra Hakimiyyəti - 1991-ci il


Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, İstiqlaliyyət küçəsi 4 saylı ünvandakı binada yerləşir. Bakı şəhər İcra Hakimiyyətinin yerləşdiyi inzibati binanın tikintisinə 1900-cu ildə başlanmış və 1904-cü ildə başa çatmışdır. Binanın milliyətcə polyak olan memarı İ.Qoslavski (1865-ci ildə Varşavada anadan olmuş, 1904-cü ildə 39 yaşında vəfat etmişdir. 1892-ci ildən Bakının baş memarı olmuşdur) əsasən barokko motivlərindən və klassik kompozisiya üsullarından geniş istifadə etmişdir. Bu, memarın son yaradıcılıq əsəri olmuşdur. Binanın fasadının bəzəyi üçün İtaliyadan məxsusi olaraq gətirilmiş qırmızı dekorativ kərpicdən və rəngli mərmərdən istifadə olunub.


Fasadın mərkəzini Bakının Daş üzərində həkk olunmuş gerbi bəzəyir. Gerbin ortasında Azərbaycanın odlar diyarı olduğunu təsdiqləyən simvolika - dəniz dalğalarının üstündə üç ədəd qızılı rəngdə məşəl yerləşdirilmişdir.


Bakının gerbi


Şəhərin ilk gerbi 1840-cı ildə təsdiq edilmişdir.

1890-cı ildə ikinci gerb, 1967-ci ildə üçüncü və nəhayət bu günkü gerb 2001-ci ildə təsdiq edilmişdir.


Gerbin qısa təsviri:


Bakı şəhərinin gerbi aşağı tərəfi itibucaq şəklində olan düzbucaqlı formada qalxanvari lövhə şəklindədir. Lövhə hər tərəfdən qızılı zolaqla haşiyələnmişdir.


Gerbin fonu açıq göy (sülh və açıq səma rəmzi) rəngdədir və lövhənin fonunda qızıl rəngli, eyni ölçülü üç alov dili (odlar yurdu rəmzi) təsvir edilmişdir.


Gerbin aşağı hissəsində şaquli xətt üzrə lövhənin 1/10 hissəsini tutan və neftin mövcud olmasını bildirən qara rəngli sahə, qalan hissəsinin ? %-ni tutan firuzəyi rəngdə dəniz dalğaları təsvir edilmişdir.



Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinə və "Yerli icra hakimiyyətləri haqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən həyata keçirilir və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı şəhər ərazisi üzrə Prezdentin səlahiyyətli nümayəndəsidir və aşağıdakı vəzifələri həyata keçirir:


- Bakı Şəhər İcra Hakimiyyəti "Yerli İcra Hakimiyyətləri" haqqında əsasnamənin tələblərinə əsasən şəhər üzrə Azərbaycan Respublikasının Prezidentinin tapşırıq və göstərişlərini yerinə yetirir; səlahiyyəti daxilində ərazinin sosial-iqtisadi məsələlərini həll edir;


- əsasnamədə nəzərdə tutulmuş qaydada öz aparatını təşkil edir, qanunvericiliklə müəyyən edilmiş qaydada şöbə, idarə və xidmətləri, müəssisə və təşkilatların rəhbərlərinini vəzifəyə təyin və vəzifədən azad edir, onların aktlarını qanunvericiliyə zidd olduğundan ləğv edir;


- yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid məsələlərlə bağlı müvafiq dövlət orqanları, respublikanın və xarici ölkələrin fiziki və hüquqi şəxsləri ilə qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilə bağlayır;


- müvafiq ərazi vahidində müvafiq icra hakimiyyəti orqanları tərəfindən və tabeliyində olan müəssisə, idarə və təşkilatlar tərəfindən vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradır, qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə onlara cavab verilməsini təmin edir və nəzarəti həyata keçirir, vətəndaşların əsaslandırılmış təkliflərini öz fəaliyyətində nəzərə alır;


- seçkilərin, ümumxalq səsvermələrini (referendumların) və müzakirələrin keçirilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edir;


- müvafiq icra hakimiyyəti orqanları qarşısında şəhərin inkişafına dair məsələlər qaldırır, təkliflər verir;


- icra hakimiyyəti orqanların fəaliyyəti ilə bağlı məlumatların əhaliyə mütəmadi çatdırılması məqsədi ilə kütləvi informasiya vasitələrində məlumatlar verilməsini təmin edir;


- şəhər rayonlarının icra hakimiyyəti başçıları ilə birlikdə Prezidentin göstərişlərini həyata keçirir; şəhər rayonlarının icra hakimiyyəti başçılarının hesabatını dinləyir;


- şəhərin iqtisadi, sosial inkişafı və ekoloji proqramlarının, Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmaların layihəsinin və dövlət proqramlarının layihələrinin hazırlanması zamanı şəhər rayonlarının icra hakimiyyəti başçılarından müvafiq təkliflər alır;


- şəhərin vahid inzibati ərazi kimi idarə edilməsində, ümumşəhər məsələlərinin səmərəli həll edilməsində, səlahiyyyəti çərçivəsində şəhərin sosial-iqtisadi inkişafında və ona aid olan digər məsələlərin həllində vəhdəti təmin etmək məqsədi ilə şəhər rayonlarının icra hakimiyyəti başçılarının fəaliyyətini əlaqələndirir;


- şəhər rayonlarının icra hakimiyyəti başçılarının aktları Azərbaycan Respublikası qanunvericiliyinə zidd olduqda onları ləğv edir.



Bakı Şəhər İcra Hakimiyyətinin xarici əlaqələr sahəsidəki işinin əsas istiqamətləri


Bakı Şəhər İcra Hakimiyyinin xarici əlaqələr sahəsidəki işini əsası 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasətimizin konsepsiyası əsasında qurmuş və bu sahədəki işlər aşağıdakı istiqamətlər üzrə aparılır.


Qardaşlaşmış və partnyor şəhərlərlə əlaqələr;


Bakı 1978-ci ildən etibarən Ümumdünya Qardaşlaşmış şəhərlər Fedarasiyasının üzvüdür:


Bakının qardaşlaşdığı şəhərlər:


Dakar (Seneqal), İzmir (Türkiyə), Neapol (İtaliya), Təbriz (İran), Hyuston (ABŞ), Bəsrə (İrak), Sarayevo (Bosniya və Hersoqovina) Vunqtau-Kondao (Vyetnam).


Partnyorluq əlaqələrimiz olan şhərlər:

Mayns (Almaniya)
Aberdin (Şotlandiya)
Stavanger (Norveç)


Müxtəlif səviyyələrdə əlaqələrimiz olan şəhərlər:


Paris, Berlin, İstambul, Vyana, Çendu və Karamay (ÇXR), Moskva, Sankt-Peterburq, Tbilisi, Kiyev, Minsk, Volqoqrad, Ulyanovsk, Astana, Daşkənd


Bakıda "Dakar" meydanı, Neapol və Sarayevo küçələri vardır.

Dakarda isə "Bakı" meydanı, Neapolda Bakı küçəsi, Vunqtau-Kondau da isə "Bakı" mehmanxanası vardır.


Xarici ölkə şəhərlərinin idarəetmə və şəhər infrastrukturunun müxtəlif sahələrdəki qabaqcıl təcrübəsinin öyrənilərək Bakıya cəlb olunması və tətbiqinin həyata keçirilməsi;


Xarici ölkə səfirliklərinin dislokasiyası, dipkorpusla əlaqələr və onlara kommunal xidmətlərinin göstərilməsinin təşkili;


Bakının Beynəlxalq təşkilatlarda üzvlüyü və iştirakının koordinasiyası;


Bakı aşağıdakı Beynəlxalq təşkilatların üzvüdür:


-Ümumdünya Qardaşlaşmış şəhərlər Fedarasiyası
-Ümumdünya İrs Şəhərləri Təşkilatı (YUNESKO)
-Ümumdünya Energetika Şəhərləri Təşkilatı
-"Avroqrad" Beynəlxalq İnstitutu
-Qara Dəniz İqtisadi Əməkdaşlıq Ölkələri Paytaxtlarının İttifaqı


Şəhər layihələrinə xarici sərmayələrin cəlb olunması;


Xarici ölkələrin şəhərləri ilə qarşılıqlı tanıtmanın təşkili;


Nümayəndə heyətlərinin, sərgiləri, yaradıcı heyətlərin, kütləvi informasiya vasitələrinin, təhsil ocaqlarının mübadiləsinin təşkili, qarşılıqlı olaraq "Mədəniyyət günləri"nin və festivallarının keçirilməsi və s.


Dünya şəhərləri ilə ikitərəfli müqavilələr və proqramlar əsasında əməkdaşlıq;


Bakıya gələn xarici qonaqların səfər proqramının təşkilati-protokol təminatında iştirak;


Xarici nümayəndə heyətinin Bakı ilə tanışlığının təşkili.


Tarix: 27.08.2012 / 21:06 Müəllif: [Ram] Baxılıb: 1211 Bölmə: Ümumi Melumat