Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Ümumi MelumatKürdlər

Kürdlərin xeyli hissəsi özlərini kurmanc adlandırırdılar. Əsasən Cənub Qərbi Asiyada məskunlaşmış kürdlər keçmiş SSRİ-də Ermənistan Respublikası (57min), Gürcüstanda (34 min), Qazaxıstanda (25 min), Qırğızıstanda (14 min), Azərbaycanda (10 min) və Rusiyanın Krasnadar diyarında (5 min) yaşayırlar. Ermənistan Respublikasında kürdlər əsasən Aparan (Avaran), Talin, Üçmədzin rayonlarında yaşayırlar. İcevan, Sevan, Vardeniz (Basarkeçər), Artik, Abovyan, Aştarak, Oktomberyan və Vedi rayonlarının bəzi kəndlərində də kürdlər yaşayırlar. Keçən əsrin 80-cı illərinin sonlarında müsəlman kürdlər erməni quldur dəstələri tərəfindən Ermənistan respublikasından, 1992-ci ilin mayından Azərbaycan respublikasının Laçın rayonundan zorla qovulmuşdular. Gürcüstanda əsasən kürdlər şəhərlərdə yaşayırlar.
Kürd dili Hind-Avropa dil ailəsinin İran qrupuna aiddir. Bu dil Şimal (Kurmancı Ardı »

Ümumi MelumatMilli geyimlər

Azərbaycanın qədim tarixinin bir hissəsini milli geyimlər təşkil edir. Bu geyimlərdə xalqımızın maddi mədəniyyəti, xalq yaradıcılığının bədii xüsusiyyətləri, bədii bəzək əşyaları, toxuculuq və s. əks olunur. Təəssüflər olsun ki, bu gün milli geyimlərimiz unudulmaq təhlükəsi qarşısındadır. Təkcə milli geyim kimi deyil, həm də abır-həya simvolu kimi tanınan libaslarımızı unudulmaq təhlükəsindən qorumalıyıq.
XVII əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınan Şirvan bölgəsi Azərbaycanda ən iri ipəkçilik rayonu olmuşdur. Şamaxı, Basqal (İsmayıllı), Gəncə, Şəki rayonlarında, Şuşa şəhərində də ipək istehsalı geniş inkişaf etmişdir. Bu rayonlarda ipək parçadan bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. O vaxtlar tikilən milli geyimlərimizin forması paltar Ardı »

Ümumi MelumatAzərbaycan Respublikasının Dövlət Himni

28 may 1918-ci il tarixdə Azərbaycan istiqlaliyyəti elan olunduqdan sonra ADR-in Dövlət bayrağı və Dövlət gerbi ilə bərabər Dövlət himninin də yaradılması və qəbul edilməsi məsələsi qarşıya çıxdı.
"Himn" yunanca "təntənəli nəğmə" deməkdir. O, siyasi təbliğatda mühüm vasitə olmaqla müəyyən mütəşəkkillik və səfərbərlik rolu da oynayır. Himnin ifası əsasən bayram şən­likləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda nəzərdə tutulur.
Dövlət himninin mətni və melodiyası xalqın bütün sosial təbəqələrinə asan anlaşılmalıdır.
ADR dövründə dahi bəstəkarımız Ardı »

Ümumi MelumatAzərbaycanda yaşayan etnik qruplar

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycan əhalisinin tərkibi də yekcins deyil. Burada da əsas xalqla yanaşı etnik və etnoqrafik qruplar yaşayırlar. Etnoqrafik qruplar öz təsərrüfat mədəni tiplərinə görə əsas əhalidən fərqlənirlər. Etnik qruplar isə öz mənşəyi, dili və bir sıra əlamətlərinə görə əsas xalqdan fərqlənirlər. Etnoqrafik qruplara misal olaraq ayrımları, padarları, şahsevənləri misal göstərmək olar ki, bu hər üç xalqın mənşəyi və dili türkdilli azərbaycanlılarla eyniyyət təşkil edir. Ayrımları bəzi tədqiqatçılar erməniləşdirməyə çalışırdılar. Lakin Azərbaycan tədqiqatçıları onların türkdilli xalq olduqlarını sübuta yetirmişdilər. Bu sahədə etnoqraf Q.Qaraqaşlının tədqiqatları təqdirə layiqdir. Sadəcə olaraq onlar əsas xalqdan ayrılaraq, kənarda, dağlıq zonalarda məskunlaşdıqlarına görə Ardı »

Ümumi MelumatAzərbaycan yəhudiləri

Azərbaycanda yaşayan ən qədim xalqlardan biridə Yahudilərdir. Tarixi olaraq, Azərbaycan Yahudiləri Cuhuro, Aşkenaz, Gurjim kimi qruplara bölünür. Azərbaycan bir müddət Krımçaklar, Kürt Yahudiləri, Buxara Yahudilərinə və İbrani köklü olmayan Subbotnik və Gər Yahudilərinə də ev sahibliyi etmişdir. 2002-ci il qeydlərinə görə, Azərbaycandakı Yahudilərin sayı 8900 nəfər olmuşdur və bunların 5500-ünü Dağ Yahudiləri təşkil etmişdir.Bir neçə min nəfər də, azərbaycan tükləri ilə qarışıq evlilikdən gəlmişdir.

Yahudilər hazırda Bakı, Sumqayıt, Quba və Oğuz rayonunda yaşayırlar. Qırmızı qəsəbə, dünyada Dağ Yahudilərinin sayına görə ən sıx məskunlaşılan ərazidir. 1920-ci ildən bəri isə, Şamaxı rayonunda demək olar ki Yahudi ailəsi yoxdur. Yahudilərin Ardı »

Ümumi Melumat20 Yanvar

20 YANVAR 1990-CI İL (QANLI YANVAR)



Sovet qoşunlarının Bakıya yeridilməsinin istiqamətləri

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.


Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən Ardı »

Ümumi MelumatAzərbaycan rabitəsinin inkişaf yolu

Qədim zamanlarda insanlar məlumat ötürücüsü kimi yüksəkliklərdə tonqal yandırmaqla bir-birinə hər hansı bir hadisə barədə xəbər göndərirmişlər. Eyni zamanda hər hansı bir vacib məlumatı əhaliyə çatdırmaq üçün təbil və ya şeypur vasitəsilə insanları bir yerə toplayırmışlar.

Daha sonralar isə qəbilə başçılarının biri tərəfindən digərinə yazılı məlumatların (namə) göndərilməsi bu məqsədlə təyin olunmuş bir neçə şəxs vasitəsi ilə əldən-ələ ötürməklə həyata keçirilmişdir.

poçt qutusuNəhayət, zaman keçdikcə insanlar yeni metodlardan istifadə etməyə başlamış və məlumatların (məktubların) çatdırılması üçün xüsusi öyrədilmiş göyərçinlərdən istifadə etmişlər. Uzun müddət bu metoddan istifadə etdikdən sonra artıq yazışmaların sayının artması daha etibarlı metodlardan istifadə zərurətini yaratmışdır. Belə ki, əvvəlcə poçtun (məktubların) Ardı »

Ümumi MelumatMolokanlar haqda (молокане)

Molokanlar — xristian dini təriqətlərindən birinin daşıyıcılarıdırlar. Molokanların di­ni hərəkatının əsasını XVIII əsrin 80-ci illərində Tambov quberniyasının kəndlisi Semyon Uklein(Семен Уклеин) qoymuşdur. Öncə pravoslav olan Uklein duxobor (pravoslav kilsəsi mərasimlərini rədd edən dini təriqət) təriqətinə daxil olur, sonra onlardan ayrılaraq özünün xüsusi dərnəyini yaradır. O, yeni təlimi açıq şəkildə təbliğ etmək üçün öz ardıcıllarından 70 «apostol» («həvari») seçərək, onlarla birgə «Zəbur»dan surələri ucadan oxuyaraq Tambova daxil olur. Lakin polis onları həbs edir. Yalançı «apostollar» pravoslav dininə qayıdaraq azad olunurlar, Ukleinin özü isə, tənbeh olunması üçün ruhanilərin ixtiyarına verilir. О da özünü pravoslavlığa qayıtmış kimi göstərərək azad olunur. Ancaq bundan sonra da, Ardı »