Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Bakı Ağ şəhər"

"BAKI AĞ ŞƏHƏR" LAYİHƏSİ


"Bakı Ağ Şəhər" layihəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2006-2010 illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının” təsdiq edilməsi barədə fərmanının icrası çərçivəsində və Bakı Şəhər İcra Hakimiyyətinin 11 iyun 2007 il tarixli sərəncamına əsasən Azərbaycanda həyata keçirilən ən böyük miqyaslı şəhərsalma layihələrindən biridir.

Layihə, 221 hektar sahədə yerləşən şəhər mərkəzinin şərq hissəsinin (Qara Şəhərin) bərpa və inkişafı, həmçinin, Bakının yeni müasir mərkəzinə çevrilməsini nəzərdə tutur ki, bu da investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradır.

"Bakı Ağ Şəhər" layihəsinin Baş Planı 10 universal şəhər tipli rayonun yaradılmasını nəzərdə tutur. Bu rayonlardan hər birində sakinlərin yaşayışı, çalışması, istirahəti və əyləncəsi üçün ən yaxşı şərait mövcud olacaqdır.

Layihənin baş məsləhətçisi qismində mühəndis planlaması üzrə ixtisaslaşan dünya şöhrətli “Atkins” şirkəti (Böyük Britaniya) çıxış etmişdir. Azərbaycanlı mütəxəssislərlə yanaşı, layihə üzərində işə “Foster+Partners” və “F+A Architects” kimi məşhur memarlıq şirkətləri də cəlb edilmişlər.


Tarix: 27.08.2012 / 22:08 Müəllif: [Ram] Baxılıb: 669 Bölmə: Ümumi Melumat
loading...