Mən vidalaşmağı belə bacarmıram.
Duyğularımı açıqlamağı da
həmçinin. Hələdə bu son görüş günü
olan əlvida kəlməsi çox acılı gəlir.
Əslində heç bu cür bir son görüşməyə
gərək yoxdur. Amma insanın qanı durmur. Nə var bu son anlarda? Mən vidalaşmağı belə bacarmıram.
Duyğularımı açıqlamağı da
həmçinin. Hələdə bu son görüş günü
olan əlvida kəlməsi çox acılı gəlir.
Əslində heç bu cür bir son görüşməyə
gərək yoxdur. Amma insanın qanı durmur. Nə var bu son anlarda? Mən vidalaşmağı belə bacarmıram.
Duyğularımı açıqlamağı da
həmçinin. Hələdə bu son görüş günü
olan əlvida kəlməsi çox acılı gəlir.
Əslində heç bu cür bir son görüşməyə
gərək yoxdur. Amma insanın qanı durmur. Nə var bu son anlarda? Səndən məni xatırlamanı belə
istəmirəm, sadəcə təmizliyini və
saflığını yaşadaq bu sevginin
qəlbimizin dərinliyində. Nə gözəl
başlanmışdı. İkimizdə gənc idik,
coşqunluğumuzun son səhifəsində qanımızın qaynadığı bir anda
gördük bir-birimizi, sevdik. Gecələr boyu yuxusuz qaldıq bir-
birimizi düşünməkdən, ən gözəl
həyəcanları, ən gözəl baxışları
yaşadıq. Həmin eşqi yaşadıq,
zamanı durdurub həyatın gözəl
anlarını birgə yaşadıq. İncikliklərin də ən gözəllərini biz yaşadıq. Çünki
barışmaqda ayrı bir zövq verərdi
bizə. Sevdik, sevildik. Sevgi əhdi bağladıq əhdə sadiq
qalmayacağımızı bilə-bilə. Günlərcə
aylarca yalnız ikimiz varmış kimi
yaşadıq. Nə yan baxan gözlərə, nə
qarşı çıxan böyüklərə, nə də dost
sözünə aldandıq. Öz atəşimizdə yandıq, ən önəmlisi isə bir-birimizi
anladıq. Romantik nəğmələri yaşadıq səninlə
sərin axşamlarda. Ən gözəl çiçəkləri
verdin mənə. Röyalarda belə yalnız
ikimiz var idik. Gerçək sevgini
daddıq bunu səndə bilirsən. Elə isə
həminki duyğular qalmalı deyilmi? Biz birlikdə olmasaq da... gözəl
başlayan çox gözəl yaşanan bu eşqi
eyni təmiz duyğularla bitirməliyik.
İndi də ayrılığın ən gözəlini ən
acısını yenə biz yaşayırıq... Nə deyirsən bu da Allahın bir lütfü
deyilmi bizim üçün? Sil göz
yaşlarını. Nədən göz yaşların
mənimkilərlə yarışır? Sən mənim
sadiq qocaman sevgilim
deyilsənmi? Səni daim bu cür xatırlamaq istəyirəm. Artıq sil göz
yaşlarını. Hava da qaralmaq üzrədir. Zaman
bizim üçün sanki səhəri açmazdı.
Yenə əvvəlki kimi olmamızı istəyir
hər halda. Demək ki, ayrılmağımızı
istəyirsən. Son olaraq isə kiçik bir
istəyim olacaq səndən. Arxana dönüb gözü yaşlı gözlərin ilə mənə
baxma oldumu. Hər şey burdaca
bitsin. Əlvida!...
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 185 Bölmə: Sevgi varmı?