Yağış...
Selə qapılmış bir sevginin
ardından bir mahnıda
axtarılan təsəlli çatmamış olsa
gərək idi.
Külək vururdu sərindən üzümə.
Bir vaxt yalın ayaq yaşıllara
basdım geç ya da tez.
Özümdən keçməmək də çox
zaman olmuşdu.
Dəlilik idi bir az bu etdiyim axıb
gedən həyatımda.
Amma onsuz da "özündən
başlamalı hər şeyə" demişdim
küçəyə çıxarkən.
O sırada yağış yağmağa
başlamışdı.
Dənə dənə və varlığını
unutdurub xatırladan bir
sürətdə incədən süzülürdü
ruhuma. Bir eşq sonrası
incikliyi paklar ədasında. Hər
şeyin mümkünlüyünə
inad bir möcüzə kimi idi o an
hər şey. Qədərin cilvələrindən
nəsiblənmiş bir narahat halda
itirilmiş bir şeyini axtarar
kimi gözəllik gözlər baxışlarla
araşdırırdım yaş dünyanı.
Qəribə bir xoşbəxtlik qucaqladı
ruhumu əvvəl,
sonra bədənimi. Onsuz da
mənim üçün xoşbəxtlik,
həmişə gəlib gedən bir ay kimi
idi. Amma hər şey əslində
olduğu qədər idi. Necə
baxdığımın əhəmiyyəti yox idi.
Bir karvan içində sıravi biriydim
nəticə olaraq.
Atəş kimi qarışıq köz olan
ürəyim sərinləmişdi
yağışda o vaxt. Məntiq çərçivəsi
düşüncələrimi
əsir götürürdü. Məlhəm kimi
qərarlar götürəcəyim
iqlimlərə girirdim düşünürəm.
Yenə başlamışdı vəzifəm
ruh və bədənin gizli
mübarizəsində.
Aşağı tüpürsəm "mən", yuxarı
tüpürsəm "mən"idim.
O sırada külək bir az gücləndi və
fikirləşirəm
yağış da kədərləndi. Daha
ucundan toxunmağa başladılar
ağrınılası bədənimə və tapılan
ruhuma. Zamana buraxılmış
gözyaşlarının edam zamanına
bərabər gəlmiş kimi hiss etdim
və bir az qorxdum ağlamaqdan.
Və o an; itən gözəlliklər
bir uşaq bədəninə həbs edilmiş
və saf bir dərmanla
qorunar göründü gözümə. Bir
an göz-gözə gəldim o
təmiz uşaqla bir şey istər kimi
baxaraq. Şəfqətlə gülümsədi
mənə və uzaqlaşdı mən daha bir
şey söyləyə bilmədən.
Aldanırdımmı özümlə. Bu qədər
yağış çirk tutmuş
ruhumu silərkən bir az daha
dəqiqləşdi bəzi şeylər.
Çox dəfələr soruşulması
nəticəsində qəribəliyini
itirmiş köhnə suallar dolandı
dilimə. Əzbər cavablar
təmin etmədi bu dəfə. Arı kimi
idi zehnim.
Bir sərxoş hal çökdü üstümə o
vaxt.
Çöldən qəribsənəcək hərəkətlər
edər olduğumu
fərqinə vardım. Olduqcada
islanmışdım dünya ilə birlikdə.
İçimdəki xəstəlik xaricimə əks
etməsin deyə bir
sığınacaq axtardı gözlərim.
Fikirləşirəm gücəndirdim
buludları bunu edərək. Yağış
dayandı, külək getdi. Və mən
kədərləndim…
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 101 Bölmə: Sevgi varmı?