Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mraqli Hekaye...

Bu gün daha qəmgin durmuşdu yuxudan. Bu gün deyəcəydi. Ağır olsada deyəcəydi. Ayrılmaq qərarını... Amma çox qorxurdu. Onunla yaşadığıda gözəl günlər... Onun gözləri... Onlarsız yaşaya bilməzdi amma artıq onunla da yaşaya bilmirdi. Tez yataqdan qalxıb ona zəng vurdu. Həmişəki yerə gəlməsini istədi. Ürəyi çox sıxılırdı.
Yenə də birinci gəlmişdi. Bir neçə dəqiqədən sonra Aysel də burda idi. Aysel "onun" gözlərindən söhbətin ağır olacağını hiss etdi. Artıq yarım saat idi ki, ikisidə sükut içində coşqun dənizin "hayqırtı"sını dinləyirdilər. Sanki dəniz onları başlarına gələcək faciədən xəbərdar etəyə çalışırdı. Qız ölü sükutu pozaraq "mən üşüyürəm. Hələ çox heykəl kimi burda duracayıq?!" dedi. Onlar bir kafeyə gələrək oturdular. Aysel səbirsiz halda "mənə nəsə vacib bir söz deyəcəksən?" dedi. Oğlan qızın gözlərinin içinə baxaraq"hə. Çox vacib bir söz deyəcəm. Yadındadı mən 3 gün bundaq qabaq sənə zəng eləmişdim. Sənə gözəl bir şeir yazmışdım onu oxumaq üçün. Amma sən " heç yeridi şeirin! Sənin başqa işin yoxdu! Get dərs oxu imtahanlara az qalıb!!!" demişdin. Yadındadı?
-Hə yadımdadı! İndi bunları niyə yada salırsan?
-Hə Aysel mən o gün sənə... Sən başa düşmürsən... Sənin üçün hər şey oxumaq, özünə gözəl bir kariyera qurmaq mənnən bəlkədə ailəndən daha da vacibdi! Bəlkə düz demirəm?!-Axı bu ... Sənin axı lap əvvəldən mənim bu xasiyyətimi bilirdin!
-Elə əvvəldən biz böyük bir səhv etmişik! Sənlə mən ağla qara kimiyik. Sən bu neçə ildə bircə dəfə də mənə səhər "səni sevirəm" deyə balaca bir sms belə yazmamısan!!! Yadındadı mən bərk xəstələnmişdim. Mənim qrup yoldaşlarım və sən bizə gəldin. Onda mənim bir dostum mənə "kefdəsənee Aysel sənə baxar 2 günə turp kimi olarsan" dedi. Sən onda əsəbləşdin. Mənə göz süzdürüb "mən xəstə baxıcısı deyiləm!" dedin.
-Axı mən... Sən niyə bu söhbətləri yada salırsane! Bilirsənki, belə məsələrdə xasiyyətim pisdi.
- Biz bir-birimizə antonimik! Biz... Ayrılmalıyıq!...
-Axı niyə? Yoxsa arada qız..
-Yox! Belə bir şey yoxdu çətinki sənnən sonra bir neçə müddət də olsun!!!
-Axı sən bilirsən ki, mən romantik deyiləm. Ola bilmərəm də başa düş! İndi sən mənnən şair olmağımı istəyirsən?!
-Yox! İstəmirəm! Heç olmağını da gözləmirəm! Ona görə də...
Yenə o ölü sükut... Aysel çantasını və kurtkasını əlinə aldı. Və dedi gedək?
-Mən hələ burda oturmaq istəyirəm. İstəyirsənsə sən get! Onlar axırıncı dəfə qucaqlaşdılar...Aysel son dəfə "sənə həyatda uğurlar" deyərək getdi...
O kafedə yarım saata yaxın oturdu və fikirləşdi. Görəsən düz elədim. Hə düz elədim. Bizimki onsuzda alınmayacaqdı... Beləcə durub sahilə getdi. Biraz gəzdikdən sonra evə qayıtdı.
Səhər saat 7 idi. Saatın zənginə oyandı. Tələsik geyinməyə başladı. Telefonu götürdükdə 12 cavabsız zəng və 1 mesaj gördü. Onnan idi. "Canim"dan... Ayselin adı onun telefonunda hələ də canım idi.
Yalnız onları sevməyi sevdim. Onlarsız da sevdim amma səni sənsiz yaşaya bilmirəm. Bu sevgini ürəyimdə ən dərində gizlətdim heç kim görüb əlimdən almasın deyə. Yalnız sənə deyirəm gözəl gözlüm bircə səni sevirəm sənə görə də öləcəm amma sənsiz... ƏLVİDA... CANIM...
İlk dəfə idi ki, Ayseldən belə bir mesaj alırdı. Gözləri doldu Telefonu əlinə alaraq "canım"a zəng etdi. Telefonu başqa biri götüdü.
-Salam xanım! Ayseli olar? Vacib lazımdı.
- Cavabda qadın ağlamağa başladı. O intihar edib. Mən onun anasıyam oğlum. O bütün gecəni kiməsə davamlı olaraq zəng edirdi. Səhər otağının işığının yanılı qaldığını görəndə otağına girdim. Aysel özün asmışdı.
Dəlixana həkimləri hesabat yazırdılar. Biri digərdin soruşdu. 3 ay bundan qabaq gətirilən xəstə necə oldu?
-O telefonu əlində bərk-bərk sıxır və heç kimin götürməsinə icazə vermir. Bir nömrəyə davamlı olaraq mesaj yazır. O gün onu yatızdırandan sonra dözməyib oxudum.
-Nə yazılmlşdı?
"Yalnız onları sevməyi sevdim. Onlarsız da sevdim amma səni sənsiz yaşaya bilmirəm. Bu sevgini ürəyimdə ən dərində gizlətdim heç kim görüb əlimdən almasın deyə. Yalnız sənə deyirəm gözəl gözlüm bircə səni sevirəm sənə görə də öləcəm amma sənsiz... ƏLVİDA... CANIM...
-Kimə yazırdı ki?
-"canım" adında birinə dözməyib ona da zəng elədim. Bu nömrə artıq işləmirdi...
Sevgi gözlərimi hər yumanda məcbur olduğum həyatdan qurtuluşum idi...
AmmA indi əbədi yuxumun səbəbi olub...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 259 Bölmə: Sevgi varmı?
loading...