Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağıl Və Ürəyin Söhbəti

Bir gün Ağıl Ürəkdə olanları bilmək üçün ona belə bir sualla müraciyət edər. Ağıl: Nə üçün ağlayırsan? Ürək: Məndə həsrət var. Ağıl: Kimin həsrəti? Ürək: Onun. Ağıl: Onu nə üçün istəyirsən? Ürək: Çünki aşiqəm. Ağıl: Bəlkə hisslərin yalnışdır? Ürək: Sənin üçün doğru hisslər nədir? Ağıl: Yenilgiyə aşiq olmamaq. Ürək: Bu mənim üçün keçərli deyil. Mən sənin qədər müdrik deyiləm. Və mən sadəcə hissləri yaradır və onunla onunla yaşayıram. Ağıl: O zaman mənə hisslərindən danış... Ürək: Hisslərim bir insana olan həsrətdən ibarətdir. Hisslərim məni onu xatırlamaqdan qaçdığım anlarda belə xatırlamağa məcbur edir. Hisslərim hər gecə boğur məni yatağımda. Ağıl: Nə etmək istərdin onun üçün? Ürək: O zaman mənə icazə ver ona çatmaq üçün yola düşüm. Sənsiz gəzmək istəyirəm yolları. İnsanların kənardan mənə baxaraq nə düşünəcəklərinə əhəmiyyət vermədən. Sənsiz gəzmək istərdim bir oyuncağımla ayaqyaın yalnız başıma. Qət edərək uzun məsafəni yetərdim ona. Sadəcə seyr edərdim
kənardan. O anda qalmaq istərdim, geridə buraxdıqlarımı düşünmədən. Parlaq xəyallarımdan vaz keçərək. Ağıl: Bəs sonunu düşündünmü aşiq olarkən? Ürək: Mən sadəcə başlanğıcda görə bilirəm və bu da aşiq olmağa yetir. Sonunu düşünmək qabiliyyətim yoxdur. Mən zatən hər gecə sondan başlayıram həyata. Ağıl: Nədən onu özündən uzaqlaşdıraraq yaşamırsan? Ürək: Çünki mən qələmimə hakim deyiləm sənin kimi hökm etmək qüdrətim olsun. Mən göz yaşlarıyla yaşayıram. Ən azından təskinlik tapıram. Sənin hisslərin yoxdur, sən sadəcə yol göstərə bilirsən. İnsan isə yaradılış təbiətinə uyğun olaraq əsasən hissləri üzərinə yaşayır. Ağıl: Nədən xəyallara qapılırsan? Nağıllardakı kimi bir son gözləyirsən həyatdan? Ya bir gün hər şey əksinə olarsa v sənin xəyal dünyan dagılarsa... o zaman? Ürək: Xəyallar hissərin üzrində qurulur və lakin onların cəmləşdiyi yer var olmuş kimi göstərən beyindir. Mən yalnız o xəyallarda gerçək xoşbəxtlik hisslərimi dadıram. Ən azından bu xoşbəxtliyi alma əlimdən. Əgər bir gün bu xəyallarn tam əksi olursa... olsun zatən bir gün bitəcək deyə niyə bu sevincdən özümü məhrum edim ki?! Onsuz bir başqa xəyalım yox... Ağıl: Bəlkə onu unutmağı yoxlayasan? Ürək: Bunu ilərdir ki, yoxlayıram amma hər dəfə eyni yerdə dayanaraq şarəsizcə geri dönürəm. Əslində dəyişmək lazımdır bunun üçün... Yaşanan eyniliklər hisslərin də eyni qalmasına təkan verir. Ağıl: Nədən sənə qarşı bir şeylər hiss edən insanlarla zalımca rəftar edirsən? Bəlkə bir şans verəsən onlara, bu sənin üçün də yaxşı bir dəyişiklik olardı. Ürək: Yox bunu əks təsir göstərir. Mən əksinə daha da pis oluram. Kimsə tərəfindən seviləcək bir tərəfim yoxdu mənim. Kimsəyə
gərək deyil bu sevgi. Heç kəsin qəlbinə sevinc bəxş etməz. Mən yaşatmaram o sevgini heç kəsə. Xoşbəxt etmərəm kimsəni varlığımla. Ağıl: Bəs necə bir deyişiklik istərdin? Ürək: Atardım özümü dənizlərə. Suyun altındakı dəyişik həyatı öyrənməyə çalışardım. Boğula biləcəyimi heab etmədən. Çıxardım yerin ən yüksək qülləsinə və ataraq özümü buraxardım boşluğa. Yolun sonunda hər şeyin bitəcəyini düşünmədən. Ya da heç dayanmadan qaçardım, yolun məni hara apardığını bilmədən. Taqətimin tükəndiyi bir
yerdə uzanardım yerə, əvvəlini və sonrasını fikirləşmədən. Yumardım gözlərimi məhrum edərdim bu dünyanın işığından. Ağıl Ürəkdə olanları öyrəndiyinə peşman olmuşdu sanki. İstəməzdi onun bu fikirlərə qapılmasını. Lakin Ürək özü də hissərinə doğru tərif verə bilməz. Ürəyin hisslərini cümlələrlə ifadə etmək çox çətindir. Nə zaman, harda nə istəyəcəyi, səni nəyə məcbur edəcəyi heç bilinməz!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 45 Bölmə: Sevgi varmı?
loading...