Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mələklərin Qanadları, Səninsə əllərin

Mələklərin qanadları varsa sənin də məsum tərtəmiz əllərin var.

Mələklərin qanadlarında sehir varsa sənin də əllərinin hər toxunuşunda sehirlənən bir ürək var

Mələklər qanadları ilə səmavi dünyalarda dövr edir , sənin isə bu məsum zərif əllərin məni ən divanə sevdalara sövq edir.

Mələklər də möcüzə varsa sənin varlığın bu acizanə dünyamda ən möhtəşəm möcüzədir.

Mələklər əgər insanlar üçün yaradılmışsa , onda sən ey gözəl varlıq ey canıma eşq alovun salan məlakə hansı dünyalardan gəlmisən , hansı müqəddəslərə ilham olub yaradılışın , hansı ilahi sehir yayılıb vücuduna ...

Bəs əllərin o göyərçin əllərin , fövqəl-insan gözlərin ... Bəlkə də sən Tanrı gülüşündən doğub ərsəyə gəlmisən ...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 22 Bölmə: Sevgi varmı?
loading...