Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Seninem !

Canımdakı yaşayan can kimisən...
Hər an səninlə yaşayıram...
Qaranlıq gecəmdə gözlərin bir ulduz kimi parlayır...
Sevginin istiliyi süzülür ürəyimə...
Səni sevmək üçün, ürəyimdəki ümid qırıntılarını
sənin üzündəki təbəssümlərə yükləyirəm...
Səninlə, iki ayrı bədəninin tək ürəyindəki bir
sevdanı yaşayırıq...

Sənə söylədiyim hər söz, sənə oxunan hər şeir,
sənin ürəyindəki sevgiylə gözəlləşib xüsusi bir
sevda olur...

Səni sevmək bir quru çörəyi paylaşmaq kimidi. Hər
loxmada daha çox sevirəm səni...

Ulduz olub sənin qaranlığında gözlərində itmək,
bəlkə sənin sevgində nəfəs almaq, təkliyə
pərdələri çəkib xoşbəxtliklərin kölgələrində
sərinləmək səni sevmək...
Sevirəm səni deməkdən kənar, sənin üçün
yaşayıram bu həyatda...

Elə tutulmuşam ki sənə, izah edə bilmərəm...

Daha çox sevmək üçün ürəyinə yerləşdim...
Bir qonaqdım ilk əvvəllər amma artıq elə deyil,
səni, sənin ürəyində yaşamağı sevirəm...
Dərdlərimi səndə unudub, ağrılara səninlə
gülümsəyirəm...

Sənin gül üzündə ümidlə baxıram artıq
sabahlarıma...
Uçurumun kənarında solmağı gözləyən bir gül
idim, sənin sevginlə yenidən xoşbəxtliklərə
tumurcuq açıram...

Hər səhər pərdələri aralayıb gün işığıyla, sevgini
doldururam dünyama...
Canımsan, nəfəsimin xoşbəxtlik rəngindəki
surətisən...
Ürəyimdəki tək can, həyata dair tək ümidimsən...

Səninlə yaşayıb, həyata yenə səninlə baxıram...
Səni düşündükcə sevgin daha da böyüyür
ürəyimdə...
Hər hecada, hər sözdə səni yazıram...
Sən nəfəs aldıqca, mən xoşbəxt oluram buralarda...

Səni sevmək elə gözəl ki izah edə bilmərəm...
Çünki səbəbi yox bu sevginin...
Bir şeyə bağlı olaraq sevmək istəmirəm səni...
Səni yalnız sən olduğun üçün sevirəm.

Əvvəllər "Mən" deyə başlayardım cümlələrimə...
İndi "Biz" deyirəm. Sən və Mən yəni Biz, yəni
ikimiz...
Yəni gələcəyimsən mənim... Hər şeyimsən...

Səni sevmək, hər yeni günə səninlə başlamaq və
hər günün bitməsində hər şeyə baxmayaraq səni
sevmək çox gözəldi...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 117 Bölmə: Sevgi varmı?
loading...