Səni hamıdan çox mən sevdim !
Hər dəfə bu sözü fəxrlə deyirəm..Utanmadan çəkinmədən.
Bəli ! Səni ən çox mən sevdim..xoşbəxdik. Sevirik..sevilirik..sevinib gülürük və üzüldüyümüz anlarda olur..Bəzən bir - birimizi elə özümüz incidib qəlbin qırırıq.. Ən çoxda mən.
Sən bir şam yeməyi hazırladığında mən tv`de matça baxıb qooool , oynuya bilmirsiz və.s kimi sözərlə davam edirəm..Sən bir romantic filmə baxmaq istəyində mən clubda əylənirəm..
Sən paltar ütüləyirsən mən futbol oynayıram yenədə öz işimdə..Bir azca nasaz olduğumda bütün işlərini atıb mənim başımda olmağın, gözlərimdən öpüb sənə bir şey olsa mən nə edərəm deməyin..
Dizlərində yatmağım..Nə xoşbəxt mənə. Hərdən səni nə qədər üzdüyümü hələdə beynimə gətirmirəm..Mən xoşbəxtəmsə bunlardan düşünürəmki səndə xoşbəxtsən amma üzülərək xoşbəxtsən...
Və men öz kaprizlərimə davam edirəm..
Dəxilsiz mesaj gəlir..səhvlərim..Sənin qısqanclığın.. Və mən səhvimi etiraf edirəm..sehv elədim deyərək....ağlayan yenə sən..için içini yeyir mən bir iki qədəh şərabla səhvimi soyuduram.. bir neçə saat...sənə xoş söz öpüş ve s. Qəlbini alıram və biz yenə mehribanıq.. Sevirik..xoşbəxdik..
Bilirsən?!
Səni nə qədər üzdüyümün qədərini heç düşünmədimki mən. Körpə uşaq kimi oldum.. Bu gün daha bir səhvim.. Bir neçə gündür ki, danıqşmırıq..Sən üzülür, ağlayırsan...Sanki elədiyim səhvlər xırda bir şeymiş kimi…şirin sözlə qəlbini alacam, öpüşlə və. barışacağıq düşünürəm…Amma qəlbi parçalayan o acı səhvlər, o sözlər..Vaxt gərək ki, o yaralar sağalsın..
Ərköyünlük mənim Soyadım ))
Səndən ayrı necə çətindi (( Bu gün mən sevgimi etiraf etmiyəcəm yox. Mən bu gün səni nə qədər üzdüyümü etiraf etmək
istəyirəm.
Səni HAMIDAN ÇOX MƏN SEVDİM ! və
SƏNİ HAMIDAN ÇOX MƏN AĞLATDIM !
Mən üzdüm. Mən kövrəltdim. Həm də bunu düşünmədən, fikir vermədən.. Mən sənin dəyərini, qiymətini sən demə heç verməmişəm. Nə olsunki Hamıdan çox sevdim..Bəs dəyər? Bəs qayğı? Bəs qiymət? Mən səni Hamıdan çox Ağlatdım ! Bir neçə gün daha keçib.. və biz barışmışıq. Xoşbəxdik..Amma daha diqqətliyəm, dahada qayğılı və hər şeyə diqqətlə yanaşıram. Səni əvvəlkindən daha çox sevib və üzməməyə çalışıram..Şam yeməyini hazırlamağa kömək edirəm..Şamları mən yandırıram.. Şirin bir öpüş , romantic film..Sən paltar ütüləyir mən oları qatlayıram..Hə çayında hazır..Gəl filmə baxaq..Başım dizlərində.. 5 – 10 dəqiqə sonar…
Sənə baxıram..Eyy..mən bir səhv elədim =(( Zarafat zarafat ))
Artıq Mən səni Hamıdan Çox sevib və Hamıdan daha az ağladıram ! =)
Sevdiklərimizə, sevdiyimizə hər saniyə belə dəyər verək. Qoruyaq..daha çox sevək !
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 152 Bölmə: Sevgi varmı?