Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəlbimin Digər Qapısı

Səndə özümü görmək ürküdər məni…
Dostumsan, canımsan…

Ürəyimi paylaşdığım, amma sərhədləri aşa bilməyənsən…

Hər kəs kimisən…

Ailəm desəm deyil, mən desəm deyil, sən tam ortadasan…

Getmək və ardımızda böyük illəri aşırtmaq…

Bir ədəb hekayəsi yazmaq xəyalım səninlə!

Alınım açıq, hər anım, danışdığımız kəlamlar düzülər gözlərəmin önünə..

Sonra düşünərəm, səni bu bədən üzdümü deyə?

Aynaya baxaram…

Danışaram özümlə, gözlərimlə və sonra ürəyimə ilişər gözlərəm…

Səni axtararam…

Örtdüyün yer qədər böyüyər gözlərəm!

Və sonra xatirələr özlərini sərgilər və «İzlə bizi!..» deyərlər!

Əllərim səndən uzaq olmamalı, amma əllərini də qucaqlamamalı!

Həmişə yan-yana dayanmalı…

Dostumsan… Canımsan...

Amma sözlərimiz ədəbi axtartdırmamalı! Bir hekayəsi olmalı birliyimizin…

Bir iddiası və də sevdası olmalı bu ürəklərin!

Mənfəət qoxusundan özünü təmizləmiş təmiz bir səhifə qoyulmalı adı… Yazın istiliyi qədər səmimi olmalı sevgimiz, amma sentyabr qədər dərin olmalı ürəklərimiz, qış qədər ağ görünməliyik və payızın gələcəyini unutmadan ədəbimizi və də tarazlığımızı mühafizə etməliyik…

Kilidləməliyik gözəl duyğularımızı, oğruların xain baxışlarına təslim etməməliyik...

Olar da bir gün küskünlük mövsümü gəlirsə deyə, Rəbbin razılığını güdməliyik…

Və xoş görməliyik səbirsiz dəqiqələri…

Biz yoldaşıq deyə cəsarətin əsiri olmamalıyıq!
Pay verməməliyik mənliyimizdən…

Dostumsan… Canımsan..

Amma sən də yadsan…

Yoldaşlıqlar sonsuzluq üçün ədəbə möhtacmış…

Sən və mən…

Bu dəryanın içində susuzluğumuzun fərqlidəyikmi? Səmimiyyətimizin zirvəsində ədəbi unutmaqdayıqmı?!

Diqqətsizlik qarışmamalı dostluğumuzun əsən sevgi küləyinə…


Yalanlar qorxmalı bizdən…

İpləri həmişə tarazlıqda tutmalı; nə düyünlənilmiş, nə də zəif olmalı…

Hərflərim çəkinməlilər ağızımdan sənə doğru yola çıxarkən...

Səni üzməkdən və ədəbi ürkütməkdən qorxmalılar cümlə olarkən…

Bir kristal olmalı ürəklərimizin arasında…

Pərdəsiz və kövrək…

Dəbdəbəli amma narın olan…

Və hekayəmizin adı, qırmadan ardımızda buraxmaq olmalı kristalı…
Çox şey gözləməməli bir-birimizdən…

Yalnız sevməli və yalnız lazım olduğunda könülündə gəzməli və bizi görən gözlər Allah rizası üçün sevmənin tarixini seyr etməli!


Və bir qız uşağı böyütməli sevgimizdən…

Ona paylaşmanın qiymətini və ədəbi öyrətməli...

Adı sevgi olmalı…

Və kristaldan bəhs etməli…

Kiçik ürəyinə pıçıldamalı kristalın kövrəkliyini və iki ürək arasındakı əhəmiyyətli varlığını…

bir gün yaşlı gözlərimiz əbədiyyatla tanış olarkən ardımızda buraxacağımız xatirələrimiz bizə təsəlli olmalı…

Və zamanı gəlincə kiçik qıza əmanət etməli kristalı və nə qədər ürəklərə yaraşacaq olan sevgi dolu hekayəmizi...

İsti yatağımızda sonsuzluq üçün ayrı düşdüyümüzdə qırmadan tamamladığımız bu hekayəni xatırlamalı ürəklərimiz.


Və ölsək də, bitməyən sevgimiz ilə könülləri fəth etməliyik...

Çünki biz sevgini qaynağından içməyi istəyən, yalnız Rəbbin razılığı üçün sevən və bizə verilən bu ürək əmanətlərinə layiq olduğu dəyəri vermək istəyən aciz iki ürəyik…

Sən və mən… Sən, mən və geridə qoyduğumuz illərimiz...

Dostumsan, canımsan…

Sonsuzluqda da yanımda olmağın üçün dua etdiyim, ürəyimin qarşı sahilisən


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Sevgi mesajları
loading...