Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oyrendim

Öyrəndim ki, kimi isə sizi sevməyə məcbur etmək lazım deyil. Sadəcə, özünüzü seviləcək insan edin. Gerisini qarşı tərəfin ixtiyarına buraxın.

Öyrəndim ki, həyatda qiymətli şeyləri mübahisəsiz qazanmaq mümkün deyilmiş...

Öyrəndim ki,çətinliklərdən çıxmaq sadəcə öz əlimizdədir...

Öyrəndim ki,şöhrət günəş altında əriyib gedən bir buzdur..Onun gözəlliyinə aldanmaq insanı sadəcə uçuruma aparır...

Öyrəndim ki, müvəffəqiyyətə gedən yol heç vaxt asan olmayıb...

Öyrəndim ki, sürətlə getmək heç de həmişə irəlidə getmək deyilmiş...

Öyrəndim ki, şirin bir sözdə böyük yaxşılıq imiş...

Öyrəndim ki, insanların başına nə gəldiyi deyil, o durumda nə etdikləri önəmli..

Öyrəndim ki, qarşılıq vermək düşünməkdən daha asandır.

Öyrəndim ki, bütün sevdiyin insanlarla mehribanlıqla ayrılmaq lazımdır vəziyyət necə olursa olsun.. Çünki, bunların hansı son görüşdür onu heç kəs bilmir...

Öyrəndim ki, qəhrəman dediyimiz insanlar bir şey etmək lazım olduğunda edilməsi lazım olanı şərtlər nə olursa olsun edirlər.

Öyrəndim ki, bəzi insanlar bizi çox sevir amma bunu necə ifadə edəcəklərini bilmirlər..

Öyrəndim ki, pul ən ucuz uğurdur...

Öyrəndim ki, ən yaxşı dostlar o dostlardır ki, hansı vəziyyətdə olursan ol onların sənin yanında olması sənə ruh verir..

Öyrəndim ki, yıxıldığın anda səni əzəcəklərini düşündüyün bəzi insanlar səni qaldırmaq üçün əllərini uzada bilərlər..

Və ən əsası öyrəndim ki, dostlarsız həyat mümkün deyil...


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Sevgi mesajları
loading...