Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SEÇMƏK NECƏ ÇƏTİNDİR!!!

Seçim qarşısında qalsaydın əgər,
Sevgini seçərdin ya ayrılığı?
Bilsənki sevginin sonudur kədər,
Görən seçərdinmi ayrı həyatı?!

Ayrılıq şərbətini məcbur içəcəm,
Nə olsun ürəyim qan ağlayacaq?!
Qurduğum xeyallari bir-bir sökəcəm,
Qırdığım ürəylər sağalmayacaq...!

Heç bilməzdim belə olacaq sonu,
Qismətdə ayrılıq nəğməsi varmış.
Mən ki bilə-bilə seçdim bu yolu,
Sevgi olmadan belə insan yaşarmış.


Tarix: 27.01.2015 / 12:43 Müəllif: Aziza Baxılıb: 162 Bölmə: Sevgi şerləri
loading...