Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AH YANIRAM MƏN...

Dalıram xəyala fikirlərimlə
Xəyallarımda hey anıram mən.
Xatirəm qalıbdır, məhəbbət köçüb.
O gözəl günləri qısqanıram mən.

Qəlbimdə salmışdın bir sevgi bağı
Sən bir ağac idin, mənsə budağı
Bu imiş sevginin sönməz ocağı?
Məhv olub, bu yolda aldanıram mən.

Yalandan deyirdin bizimdir zəfər.
Əlinlə içirdin sevginə zəhər.
Verdiyim sevgidən görmədim bəhər.
Sevgim yalan idi, bil, danıram mən.

Məhəbbət var idi qəlbimdə sənə.
Gizlidə saxlasam olacaq yenə
Ölüm şərbətini içirtdin mənə
Başqa bir dünyaya yollanıram mən.

Bu acı, qəlbimi doğrayır əzir.
Allahım, sevənə yetir sən səbir.
O sevgim- ölüdür, ürəyim � qəbir.
Dəfn etdim sevgimi, ah, yanıram mən


Tarix: 27.01.2015 / 12:41 Müəllif: Aziza Baxılıb: 288 Bölmə: Sevgi şerləri
loading...