Axı
Bulanlıq ömrümdən göz yaşı kimi,
Min dəfə süzüldüm, duruldum axı.
Qara kəsək kimi, çay daşı kimi,
Dərdin divarına hörüldüm axı.
De necə uyuyum, yatım ümiddə,
Nə umum nagüman, yetim ümiddən?…
Mən necə əl atım, tutum ümiddən -
Ümid deyə-deyə vuruldum axı.
Bu nədi, göyərir gözümdə dən-dən,
Bəxtim, bir silkələn, dur, oyan, tərpən!
Yaşamaq, yaşamaq istəyirəm mən -
Mən adam deyiləm?…yoruldum axı?
Tarix: 27.01.2015 / 11:33 Müəllif: Aziza Baxılıb: 109 Bölmə: Sevgi şerləri
loading...