Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlvida Sevgilim,çıxıb Gedirəm

Bu gün son görüşdür,mən də bilirəm,
Əlini ovcumda sıxıb gedirəm.
Getmək istəmirsən sən də,bilirəm,
Son dəfə üzünə baxıb gedirəm

Çətindir,döyünsün ürək sevənsiz,
Demə,yaşamarsan bir an da mənsiz,
Xoşbəxt olmayacam,bilirəm,sənsiz,
Bu könül evimi yıxıb gedirəm

Bu eşqin kitabın biz bağlayarkən,
Mən səni son dəfə qucaqlayarkən,
Arxamca baxaraq sən ağlayarkən,
Gözündən yaş kimi axıb gedirəm

Bir də görməyəcəm mən bu gözleri,
Qalsa da,ömrümdə dərin izleri,
Sessiz,baxışların deyən sözleri,
Qəlbimə ox kimi taxıb gedirəm

Xeyalın fikrimi dolandıracaq,
Gözlərim önündə hər an duracaq,
Meni bu həsrətin çox yandıracaq,
Özümü bu oda yaxıb gedirəm

Getsə,dönməyəcək bir de bu sevgi,
Hele çox üzəcək məni bu itgi,
İllərlə axtarıb tapdığım eşqi,
Bu bir gündə yerə çaxıb gedirəm

Ölümdən betərdir seni itirmək,
Agır zülmdür bu yükü götürmək,
Çətindir bu sözü dilə gətirmək,
Əlvida sevgilim,çıxıb gedirəm


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 147 Bölmə: Sevgi şerləri
loading...