Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Artıq tənhayam

Artıq evlisən Tənhaliğa yol yoldaşam...

Artıq evlisən
Mənim deyilsən
Aramızda hər şey bitdi...
Gedən gündən hicran bizə qonaq gəldi
Sevinc bizdən küsüb getdi
Sevgimizin məzarına qərənfillər düzüb getdi..
Artıq evlisən...
Öz həyatın uşaqların bir də ərin
Sən gedəndən bu sevgini basdırmışam
Basdırmışam dərin-dərin
unutmaqçün xatirəsin ötənlərin...
Təkcə sənsən xatirəmdən silinməyən
Yox olmusan elə bil ki
Təkcə sənsən gözlərimə görünməyən
Elə bil ki bir yuxu tək ötüb getdin
Niyə sonda mənsizliyi seçib getdin
Heç özün də istəmədən
Bu sevginin niyə sonun gözləmədən bunu etdin
Nəyə lazım bu sözləri təkrarlayım
Nəyə lazım olub keçən xoş anları bir-bir sayım
Onsuz da artıq evlisən...
Bəlkə də tez mənsizliyə alışmısan
Təzə qohum təzə ailə
Qaynamısan qarışmısan
Qismətinlə barışmısan...
Bəlkə də heç sevməmisən...
Qəlbindəcə bir başqasın gizləmisən
Elə o vaxtdan bu sevgini kirləmisən
Bəlkə də hec sevməmisən...
Mənə yalan vədlər verib
Bir başqasın gözləmisən
Heç bilmirəm nəsən-nəsən...
Bu fikirlər məni yorub
Suallardan rəngim solub
Kim bilir...
Bəlkə də sən mənsizliyə üzülürsən..
Amma artıq evlisən...
Bundan sonra nə söyləsəm nə də desəm
Bir ocagın gelinisən..
Taleyimiz əvvəlcədən yazılıbmış
Bu sevgimiz əvvəlcədən pozulubmuş
Mənsə səni sevgim bilib arzularla yaşamışam
Amma indi bir sevgiyə inanmayan qəlbi daşam..


Tarix: 27.01.2015 / 12:05 Müəllif: Aziza Baxılıb: 203 Bölmə: Sevgi şerləri
loading...