Niyə Yaratdın Məni?
küləyin səsinə
axının əksinə gedirəm
mənim adim tərsinə
siz qabağa gedirsiz
ölümə..
mənsə önümə yox arxama gedirəm
ilk şeir yazdığım gündən də
ilk danışdığım gündən də
doğulduğum gündən də əvvələ
yaradılışıma gedirəm
"o"nunla üzləşməyə özləşməyə
tanrıma qovuşmağa
soruşmağa
niyə yaratdın məni?
niyə atdın o insafsız insanların içinə?
seçim də vermədin versəydin doğulmazdım
boğulmazdım indi otağımda
niyə məni tərk etdin?
dərk etdim
dərk etdim ki, getmisən
eşitmirsən dualarımı cavablandır suallarımı
ya da məhv et
ya da əvf et günahlarımı
başdan başlayım
torpaqdan
hətta daşdan üyüd məni torpaq eylə
böyüt məni insan eylə
təzdən doğulum
təzdən danışım
təzdən yazım bu şeiri
bu səfər tərsinə
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Sevgi şerləri
loading...