Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlvida dedim...

Bu axşam ilk dəfə duydum ki, yoxsan,
Bahara gecikən quşlar kimi sən -
Səadət bəxş edib mənə bircə an,
Xəzan gəlməmiş də uçub getmisən...

Ürək məhəbbətdən titrədi,-yoxsa,
Hansı hisslər ilə gülüb - danışdıq.
Ürək duyğulara möhtac olsa da,
Tamam başqa-başqa adamlarmışıq.

Əlvidamı deyim? - Bu getməyindən,
Həyəcan keçirim, yoxsa zövq alım?
Sevdalı qəlbimi incitməyindən,
Aldığın zövqümü yadıma salım?

Bu axşam ilk dəfə tutuldu qələm,
Dilimdə nəğmələr yarımçıq qaldı.
Könlüm ilham alıb öz istəyimdən,
Hicran nəğməsini çaldıqca çaldı.

Bəlkə də ruh verdi mənə bu axşam,
Qayğısız-qayğısız gülmək istədim.
Xəyalən səninlə vidalaşarkən,
Xəyal dünyama da əlvida dedim...


Tarix: 27.01.2015 / 11:51 Müəllif: Aziza Baxılıb: 183 Bölmə: Sevgi şerləri
loading...