Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilsəydim əzəldən sevməzdim səni

Sevgi yollarında ümidsiz qaldım,
Hər səhər, hər axşam qapını çaldım.
Sən getdin mən həsrət payımı aldım,
Bilsəydim əzəldən sevməzdim səni.



"Bəxtəvər" desələr mənə yalandı,
Qəlbimdə ayrılıq odu qalandı.
Sənin ömrün başqa ömrə calandı,
Bilsəydim əzəldən sevməzdim səni.


Ayrılıq sevgimə qar ələsə də,
Eşqimi girovtək güllələsə də,
Qəlbimə həsrətdən qübar gəlsə də,
Sevirəm, sevirəm, sevirəm səni.


Tarix: 27.01.2015 / 11:43 Müəllif: Aziza Baxılıb: 95 Bölmə: Sevgi şerləri
loading...