GORESEN YENIDEN SEVECEYEMMI...
Bax zaman necə tez ötüb keçir
Gün gəlir, ən çılğın sevgi də bitir
Həsrətin bir anda yox olub gedir
Görəsən yenidən sevəcəyəmmi?
Ayrılıq qəlbimi yandırır yaxır
Gözlərim hər kəsdə səni axtarır
Əllərim titrəyib bu sözü yazır
Görəsən yenidən sevəcəyəmmi?
Deyirdin unutmaq asandır asan
Deyirdin hər şeyi həll edir zaman
Yeni bir səhifə açdığım o an
Görəsən yenidən sevəcəyəmmi?
Dostluğun da mənə xatirə qalıb
Gözündə gözümün həsrəti qalıb
Bu böyük sevgidən indi nə qalıb?
Görəsən yenidən sevəcəyəmmi?
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Sevgi şerləri
loading...