Buraxma məni
Sən güləndə mən də sənlə gülmüşəm.
Hər bir uğuruna çox sevinmişəm.
Hələ sənin az qayğını cəkmişəm.
Gəl indi qayğısiz buraxma məni.
Buraxma məni
Məndən bir şey istə, tapım gətirim.
Nə isə səninçün qoyum, götürüm.
Mənə bir iş tapşır görüm, bitirim.
Təki sən qayğısız buraxma məni.
O, paltarı geyin, bunu geyinmə.
Filanı almışdım, onu bəyənmə.
Dəyişim, gətirim sonra deyinmə.
Bu qədər qayğısız buraxma məni.
Naz elə, naz sənə çox yaraşardı.
Yaşatmaq həvəsim aşıb,daşardı.
Yollara zillənən gözüm yaşardı.
Gəl belə qayğısız buraxma məni.
Daha qarışdırmırsan heç başımı da.
Ehh, silə bilmirəm göz yaşımı da.
Elə ki, qoydurdum baş daşını da.
Bax onda qayğısız, buraxdın məni.
Tarix: 27.01.2015 / 11:38 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Sevgi şerləri
loading...