Uzaq məhəbbətim
Yenə üstümüzü qarlı qış aldı,
Ürəyim gülmədi, mən sevinmədim.
Açıb ürəyimi deyə bilmədim,
Deməli sözlərim qəlbimdə qaldı.
Duyuram qəlbindən keçənləri mən,
Bunu hiss eləyir mənim ürəyim .
Ürəyimdə qaldı arzum, diləyim,
Sən məni unutma, yazda gələrsən.
Gül- çiçək dərərəm sənin üçün mən,
Qədəmin dəydiyi yerə sərərəm.
Mən səni görəndə çox sevinərəm,
Nigaran qalmaram məhəbbətimdən.
Bu məhəbbət mənim son qismətimdir,
Sevgidir isidən donmuş ürəyi.
Mənim də qəlbimin arzu – diləyi,
Məndən uzaq düşən məhəbbətimdir.
Tarix: 26.12.2014 / 13:31 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Sevgi şerləri
loading...